Zona turunun uğurlu yekunu

“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə 29 aprel 2014-cü il tarixdə İsmayıllı rayonunda “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışının zona turu keçirilmişdir.
Zona turunun uğurlu yekunuZona turunun uğurlu yekunu

Bilik yarışında İsmayıllı RTŞ-nin müdiri Rasim Orucov çıxış edərək iştirakçılara müvəffəqiyyətlər arzulamışdır.
Bilik yarışında Şamaxı, Qəbələ, Ağdaş, Qax, İsmayıllı, Zərdab, Ucar, Göyçay, Oğuz, Zaqatala, Balakən, Ağsu rayonlarının komandaları iştirak etmişdir.
Bilik yarışı “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışının Əsasnaməsinə uyğun keçirilmişdir.
Zona turunun uğurlu yekunu
Bilik yarışında Ağdaş birinci, İsmayıllı və Zərdab ikinci, Zaqatala və Şamaxı rayonları üçüncü yerə layiq görülmüşdür. Qaliblərə diplomlar və qiymətli hədiyyələr verilmişdir. Bütün iştirakçı komandalara sertifikatlar verilmişdir.
Zona turunun uğurlu yekunu
İlhamə Hüseynova,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin dərnək rəhbəri

Şərh Yaz