Yaddas kitabcasi

Vətəndaşların qəbulu

Gənclər və İdman naziri Azad Rəhimov aprel ayının 18-də İsmayıllıda vətəndaşların qəbulunu keçirib. Qəbulda İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan sakinlər iştirak ediblər. Fərdi qaydada qəbul olunan hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib.
Vətəndaşların qəbuluVətəndaşların qəbulu
Gənclər və İdman naziri Azad Rəhimov aprel ayının 18-də İsmayıllıda vətəndaşların qəbulunu keçirib. Qəbulda İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan sakinlər iştirak ediblər. Fərdi qaydada qəbul olunan hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib.
Vətəndaşların qəbulu
Müraciətlərin əksəriyyəti idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin zəruri avadanlıqlarla təminatı, yerlərdə olimpiya idman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, qeyri hökumət gənclər təşkilatlarının yaradılmasına dəstək verilməsi, gənclər və idmanla bağlı layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı ilə bağlı olub. Qəbulda sahibkarlıq fəaliyyəti ilə əlaqədar güzəştli kreditlərin verilməsinə kömək göstərilməsi, işə düzəlmə və digər məsələlər barədə də müraciətlər olunub. Bir sıra müraciətlər yerində həllini tapıb. Bəzi müraciətlərin araşdırılması və müsbət həlli üçün nazirliyin səlahiyyətli şəxslərinə göstərişlər verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan digər məsələlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 40-a yaxın vətəndaş iştirak edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz