Yaddas kitabcasi

Dövlət müşaviri ilə görüş

Azərbaycan Respublikasının Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla aprel ayının 24-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri və ziyalılarla görüşüb.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev tədbirin əhəmiyyətindən danışıb.

Dövlət müşaviri ilə görüşDövlət müşaviri ilə görüş

Azərbaycan Respublikasının Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla aprel ayının 24-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri və ziyalılarla görüşüb.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev tədbirin əhəmiyyətindən danışıb.
Dövlət müşaviri ilə görüş
Kamal Abdulla Azərbaycanda millətlərarası münasibətlər, etnik mədəniyyətlərin inkişafı, azərbaycançılıq ideologiyasının təbliği sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərindən danışıb. O bildirib ki, ölkədəki etnik-dini tolerantlıq mühitini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərimizi yaşatmaq lazımdır. Görüşdə yad dini ideologiyanın və radikal təriqətlərin qarşısının alınmasının vacibliyi, eləcə də, digər aktual mövzular müzakirə olunub.
Dövlət müşaviri bildirib ki, Azərbaycan tolerantlığın yüksək səviyyəsinə görə bütün ölkələrə nümunə ola bilər.
Görüş maraqlı müzakirələrlə davam edib. Sonda bu mövzuda görüşlərin məktəblərdə, təşkilatlarda, məscidlərdə də keçiriləcəyi vurğulanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz