Yaddas kitabcasi

Müsbət nəticələr əldə olunmalıdır

Aprel ayının 16-da İsmayıllı rayon İcra Hakimiyyətinin iclas zalında 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş toplantısı keçirilib.
İclasda 2014-cü ilin birinci rübündə görülən işlərə yekun vurulmuş, ölkədə sosial-iqtisadi inkişafın nəticələri ətraflı təhlil olunub. Hesabat məruzəsi ilə çıxış edən RİH başçısı Mirdaməd Sadıqov ölkədə gedən dinamik inkişafdan, insanların durmadan artan sosial rifahından, infrastruktur yeniliklərindən, görülən işlərin insan amilinə istiqamətləndirilməsindən, bütün nailiyyətlərin rayonumuzda da əksini tapmasından söz açıb.

Müsbət nəticələr əldə olunmalıdırMüsbət nəticələr əldə olunmalıdır

Başçı 2014-cü ilin birinci rübündə rayonumuzda bir sıra uğurlu nəticələr əldə olunmasını, bununla da İsmayıllının respublikadakı ümumi inkişaf tempinə qoşulmasını bildirib.
2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş məruzə ətrafında çıxışlarda 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Elbrus Abdullayev, RTŞ-nın müdiri Rasim Orucov, Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Əlağa Bədəlov, millət vəkili Novruzəli Aslanov hesabat dövründə görülən işlərdən danışmaqla məruzənin dolğunluğunu, görülmüş işlərin ürəkaçan olduğunu bildiriblər.
Yekunda M. Sadıqov deyib:
– Bu gün biz 2014-cü ilin birinci rübündə gördüyümüz işlərə bir daha nəzər yetirdik, fəaliyyətimizi təhlil etdik, problemləri müəyyənləşdirdik. İkinci rübdə və ilin sonuna qədər görəcəyimiz işlər çoxdur. Biz bu işlərin hamısını yüksək səviyyədə yerinə yetirməliyik. İnfrastruktur layihələri, sosial proqramların icrası davam etdirilməlidir. Yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təminatına çalışmalıyıq. Sahibkarlığın inkişafında ciddi dönüş yaratmalıyıq, ərzaq təhlükəsizliyi məsələləri ilə daha ciddi məşğul olmalıyıq. Kadr məsələlərində müasirliyi özündə daşıya bilən gənclərə üstünlük verməliyik. Təhsildə, sənayedə, səhiyyədə, iqtisadiyyatda yeni texnologiyaların tətbiqinə nail olmalıyıq. Dövlət Proqramları, cənab Prezidentin tövsiyə və tapşırıqları uğurla icra edilməli, yüksək müsbət nəticələr əldə olunmalıdır.
Başçı diqqətə çatdırılan məsələlərin həllində hamıya uğurlar arzulayıb.
Ş.Soltanov

Şərh Yaz