Komissiyasının növbəti iclası

İsmayıllı rayon İcra Hakimiyyəti başçısı yanında Adqoyma Komissiyasının növbəti iclası keçirilib. İclasda komissiyanın son bir neçə ayda gördüyü işlər nəzərdən keçirilib. Mican, Qəzli, İsmayıllı kəndlərinin şəhər ərazisinə daxil olunmasından sonra bu ərazilərdəki küçələrə adların hələ də verilməməsinin səbəbləri araşdırılıb. Komissiyasının növbəti iclası

İsmayıllı rayon İcra Hakimiyyəti başçısı yanında Adqoyma Komissiyasının növbəti iclası keçirilib. İclasda komissiyanın son bir neçə ayda gördüyü işlər nəzərdən keçirilib. Mican, Qəzli, İsmayıllı kəndlərinin şəhər ərazisinə daxil olunmasından sonra bu ərazilərdəki küçələrə adların hələ də verilməməsinin səbəbləri araşdırılıb.
RİH başçısının İsmayıllıl şəhər üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Məhərrəm Əhmədov işdəki ləngimələrin bu sahəyə maliyyə vəsaiti ayrılmamasında görüb.
RİH başçısı küçə adları, ev nömrələri göstərən lövhələrin sadəcə bir görünüş deyil, müəyyən mənada həm də mədəniyyət olduğunu vurğulayıb. Tədbirdə iştirak edən İsmayıllı bələdiyyəsi üzvlərinə nəzərdə tutulan işlərin görülməsində fəallıq göstərmək, abadlığı ilə nümunə olan şəhərlərin təcrübəsindən istifadə etmək tövsiyə olunub.
Komissiyanın sədri Sevda Qasımova küçələrin adlandırılması məsələsində ərazidə yaşayan sakinlərin fikir və münasibətlərinin də nəzərə alındığını diqqətə çatdırıb.
Tədbirdə həmçinin şəhər ərazisində nümunəvi məhəllələrin yaradılması məsələsinin vacibliyi söhbətin mövzusu olub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz