Mühüm dövlət tədbiri

4 aprel 2014-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyinə “Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayon əhalisinin tibbi müayinədən keçirilməsi vəziyyəti haqqında” məsələ çıxarılıb. Şura iclasına sədrlik edən RİH başçısı Mirdaməd Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində mühüm dövlət tədbirləri həyata keçirildiyini, respublikamızda dünya standartlarına cavab verən tibb müəssisələrinin tikilib istifadəyə verildiyini, səhiyyənin maddi texniki bazasının möhkəmləndirildiyini, yeni texnologiyaların, müasir müalicə üsullarının tətbiqinin geniş miqyas aldığını bildirib. Bunları nəzərə alaraq, ölkə rəhbəri respublikada bütün əhali qruplarının tibbi müayinədən keçirilməsi tapşırığını verib.

Cənab Prezidentin tapşırığına müvafiq olaraq rayonumuzda da bu istiqamətdə əsaslı işlər görülmüş, müvafiq komissiya, işçi qrupları yaradılmış, müayinənin keçirilməsi üçün 16 mərkəz müəyyənləşdirilmişdir. Məsələnin Şura iclasında müzakirə edilməsi bu sahəyə tam ciddiliyi ilə yanaşmağın vacibliyindən irəli gəlir.
Tapşırığın icrası barədə məlumatları RİH başçısının birinci müavini, məsələ üzrə təşkilat komitəsinin sədri Rövşən Ağayev verib.
Mühüm  dövlət tədbiri
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2014-cü ilin fevral ayının 17-dən may ayının 1-dək respublikada bütün əhali qrupları tibbi müayinədən keçiriləcəkdir. Bununla əlaqədar Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2014-cü il tarixli 27 saylı Sərəncamı ilə tibbi müayinənin keçirilməsinə rəhbərlik etmək üçün 23 nəfərdən ibarət komissiya yaradılıb, Rayon Mərkəzi Xəstəxanası 16 yerdə tibbi müayinə keçirməyi qrafikləşdirmiş, işçi qruplarının tərkibi müəyyənləşdirilib.
Rayon İcra Hakimiyyətinin Mərkəzi Xəstəxana ilə birgə tərtib etdiyi qrafikə əsasən tibbi müayinə işçi qruplarının təşkilatçılığı ilə mütəşəkkil keçir. Qarşıya çıxan problemlər vaxtında həll edilir.
Mühüm  dövlət tədbiri
Rayon üzrə əhali sayı 83111 nəfərdir. Fevral ayının 17-dən mart ayının 31-dək rayon əhalisinin 39992 nəfəri tibbi müayinədən keçib. Şəhər, qəsəbə, kənd icra nümayəndələri, yerli bələdiyyələr, səhiyyə və təhsil işçiləri, “İsmayıllı xəbərləri” qəzeti tibbi müayinə işinə cəlb olunmuş, təbliğat və maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Bütün bunlarla yanaşı tibbi müayinənin aparılmasında problemlər və çətinliklər də olmuşdur. Belə ki, bir sıra məntəqələri zəruri tibbi avadanlıqlarla, xüsusilə rentgen aparatı ilə təmin etmək mümkün olmamışdır. Müayinəyə cəlb olunmuş əhali qrupundan bu aparata zəruri ehtiyacı olan şəxslər RMX-nın poliklinika şöbəsində müayinədən keçməli olublar.
Mühüm  dövlət tədbiri
Çıxışlarda Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov, Lahıc qəsəbə xəstəxanasının baş həkimi Sədrəddin İsgəndərov, İvanovka kənd xəstəxanasının baş həkimi Marina Prokofyeva, RMX baş həkiminin müavini Abdullətif Maqsudov, RTŞ-nin müdiri Rasim Orucov, rayon ictimaiyyətinin nümayəndəsi Fərman Bəşirov görülən işin mahiyyətindən, iş prosesində yaranan problemlərdən danışıblar. Çıxışlarda maraqlı təkliflər səsləndirilib.
Məruzə və çıxışlardan sonra RİH başçısı yanında Şura iclası müvafiq qərar qəbul edib.
Ş.Soltanov

Şərh Yaz