Səmimi görüş

Aprel ayının 8-də Ismayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Talıstan kənd sakinləri ilə görüşüb. Görüşdə royonun xidmət təşkilatlarının rəhbərləri, kəndin idarə və müəssisələrində çalışan işçilər və kənd sakinləri iştirak ediblər.
Başçı rayonda görülmüş və hazırda görülməkdə olan işlər barədə, həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında məlumat verib. O, həmçinin, kənd sakinlərinin ölkənin, eləcə də rayonun ictima-siyasi həyatında fəal iştirakını yüksək qiymətləndirib, onlara təşəkkür edib.

Səmimi görüşSəmimi görüş

Mövcud problemlərindən söhbət açan M.Sadıqov kəndin girişinə qədər olan asfalt yolun kəndiçi yol boyu uzadılacağını, yeni artezian quyusunun qazılacağını, yeni tibb məntəqəsinin tikiləcəyini, kənd uşaq bağçasının təmir olunacağını, xidmət müddətini başa çatdırmış elektrik dirəklərinin dəyişdiriləcəyini bildirib və bu işlərin yaxın zamanda reallaşacağını söyləyib.
Səmimi görüş
Başçının verdiyi məlumatlar xoş, ürəkaçan olmaqla görüşə gələnlər tərəfindən razılıqla qarşılanıb.
M.Sadıqov gəncləri rayonda gedən abadlıq işlərinə, tikintilərə işləməyə, camaatı birləşərək kəndli fermer təsərrüfatları yaratmağa, torpaqlardan səmərəli istifadə etməyə çağırıb.
Görüşdə əhalini maraqlandıran suallara aydınlıq gətirilib və ictimaiyyətin nümayəndələri dinlənilib.
Sakinlərdən Ö.Bədəlov həyətyanı torpaq sahəsi, A.Sayılov fərdi evinə texniki pasport almaqda problemlərlə üzləşdiyini bildirib. Dini icma rəhbəri A.Əzizov kənd məscidinə qaz çəkilməsi, P.Əzizova maddi vəziyyətinin yaxşılaşdırılmasına kömək olunmasını xahiş edib.
Kənd sakinləri adından çıxış edən ağsaqqal Ə.Əhmədov rayonda görülən işlərə, ölkə vətəndsaşlarına göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Görüşdə çıxış edənlərin hər biri diqqətlə dinlənilib. Problemlərlə bağlı aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verilib.
Kənd camaatı səmimi görüşdən razı qaldıqlarını ifadə ediblər.
Nazir Qasımov,
İsmayıllı RİH başçısının Talıstan İƏD-si üzrə nümayəndəsinin müavini

Şərh Yaz