Milli Təhlükəsizlik Nazirliyi – 95

Martın 26-da İsmayıllı rayonunda Azərbaycanın Milli Təhlükəsizlik (MTN) orqanlarının yaradılmasının 95 illiyi təntənə ilə qeyd edilmişdir. MTN-nin İsmayıllı rayon şöbəsinin əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirərək, şəhərin mərkəzindəki abidəsi önünə tər çiçək dəstələri düzmüşlər.
Nümayəndələr Heydər Əliyev Mərkəzinə gələrək Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Tədbirin rəsmi hissəsini İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova açmış, şöbənin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etmişdir. Tədbir iştirakçılarına Milli Təhlükəsizlik orqanlarının yaradılmasının tarixini əks etdirən film nümayiş etdirilmişdir. Filmdən sonra yerli şöbənin rəisi Kamal Axundov məruzə etmişdir.

Natiq qeyd etmişdir ki, 1919-cu ildə Azərbaycan Demokratik Respublikasında Kəşfiyyat və Əkskəşfiyyat orqanının yarandığı gün Milli Təhlükəsizlik Nazirliyi işçilərinin peşə bayramı kimi rəsmiləşdirilmişdir. Sonrakı illər ərzində adı dəyişdirilsə də, fəaliyyəti ölkə təhlükəsizliyini qorumaq olmuşdur. Bu gün müstəqil Azərbaycanın təhlükəsizlik orqanları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Respublikanın mühüm dövlət strukturuna çevrilən milli təhlükəsizlik orqanları çətin və şərəfli yol keçmişdir. Hazırda təşkilat həm kadr, həm də texniki təchizat cəhətdən müasir tələblərə tam cavab verir. O, dövlətçiliyimizin etibarlı mühafizəsində, ona qarşı daxili və xarici təhdidlərin qarşısının alınmasında, təxribat halları və terrorçuluqla mübarizədə təhlükəsizlik orqanlarının oynadığı mühüm roldan danışmışdır. Ümummilli lider Heydər Əliyevin bu təşkilata rəhbərliyi dövründə qurum keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu orqanın fəaliyyəti Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan prezidenti İlham Əliyev milli təhlükəsizlik orqanlarının fəaliyyətini yüksək qiymətləndirir. Onlar dövlətçiliyin möhkəmləndirilməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlirlər.

Tədbirə toplaşanlardan rayon prokuroru Rahib Seyidov, rayon polis şöbəsinin rəisi Nizami Qocayev, İsmayıllı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Abduləli Əliyevn və başqaları çıxış etmişlər.
Sonda RİH başçısı Mirdaməd Sadıqov çıxışında milli təhlükəsizlik orqanlarının işçilərini peşə bayramları münasibətilə təbrik etmişdir. O, qeyd etmişdir ki, respublikanın hər yerində olduğu kimi, İsmayıllıda da hökm sürən ictimai-siyasi sabitliyin qorunmasına və təhlükəsizliyin təmin olunmasına Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsinin əməkdaşları da öz töhfələrini vermişlər.
B.Babayev

Şərh Yaz