Razılıq etdilər, ümidvar oldular

İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun Diyallıya gəlişini kənd sakinləri səbirsizliklə gözləyirdi. Səbəb son bir neçə ayda kəndin sosial infrastrukturunda baş verən müsbət dəyişikliklərdir.
Görüş təyin olunduğu vaxtda başladı. Üzlərdəki, ürəklərdəki sevinc, fərəh hissi rahatlıqla duyulurdu.
RİH başçısı tədbirin açılışına 2014-2019-cu illər üçün rayon, eləcə də Diyallı kəndi üzrə nəzərdə tutulan layihələr barəsində məlumatla giriş verdi.
Diyallı inzibati ərazi dairəsi Diyallı mərkəz olmaqla Sədiyan, Güyüm kəndlərini əhatə edir. Kəndin şimalında Yuxarı Diyallı kimi tanınan məhəllənin sakinlərindən də tədbirdə iştirak edənlər vardı.

Razılıq etdilər, ümidvar oldularRazılıq etdilər, ümidvar oldular

Məhəllənin təmsilçisi Səttar Fərzəliyev 20-ə yaxın evin olduğu əraziyə də qaz xətti çəkilməsinin sakinlər tərəfindən arzulandığını diqqətə çatdırdı. Kənd sakini Möhlət Qasımov torpaq islahatı zamanı diqqətsizliyə yol verildiyindən gileyləndi. Natiq Ömərov yaşadığı məhəlləyə daha güclü elektrik transformatoru qoyulmasının vacibliyindən danışdı. Aslan Bayramovun çıxışında içməli suya olan tələbatdan, Hikmət Əhmədov isə kənd məscidinin təmirinə ehtiyac olduğundan söz açdı.
Çıxışlardan məlum oldu ki, İƏD-də hələ çox iş görmək lazımdır. Uşaq bağçasının, tibb məntəqəsinin, müasir tələblərə cavab verən mədəniyyət evinin olmasına da ehtiyac vardır.
RİH başçısı bu görüşdə də gənclərin əmək məşğulluğundan danışdı, əmək qabiliyyətli hər kəsi faydalı əməklə məşğul olmağa, məktəbliləri yüksək təhsil almağa, mədəniyyətə yiyələnməyə dəvət etdi.
Başçı görüşdə qaldırılan problemlərin həlli istiqamətində tapşırıqlarını əlaqədar təşkilat və müəssisələrin rəhbərlərinə çatdırdı.
Görüş iştirakçıları göstərilən qayğı və diqqətdən razılıq etdilər, mövcud problemlərin də tezliklə həllini tapacağına ümidvar olduqlarını bildirdilər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz