XX əsr tarixinin ən faciəli səhifəsi

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. XX əsr tarixinin ən faciəli səhifəsi
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. ümumilli lider Heydər Əliyev 26 mart 1998-ci il tarixli qərarı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Hüzn günü İsmayıllı Rayon Balik kənd ümumi orta məktəbinin kollektivi tərəfindən anılmışdır. Məktəbdə I-IX sinif şagirdləri tərəfindən tədbir hazırlanmışdır. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak etmişdir.
Mart soyqırımında dünyasını dəyişən soydaşlarımıza Allahdan rəhmət diləyirik. Biz inanırıq ki, işğal olunmuş torpaqlarımız geri qayıdacaq.
Ayşən Babayeva

Şərh Yaz