Şəhidin xatirəsi anıldı

Azərbaycan Respublikasının ərazi bütövülüyü uğrunda şəhid olan Rüstəmov Cəlal Əbdülhəkim oğlunun ad günü aprel ayının 9-a təsadüf edir. Onun şərəfinə qurulan bulaq-abidə önündə bu münasibətlə tədbir keçirildi.
Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə İsmayıllı rayon QMƏVŞA ictimai birliyinin sədr müavini İsa Musayev açıb, Cəlalın həyatından, göstərdiyi qəhrəmanlıqlardan danışıb.

Şəhidin xatirəsi anıldıŞəhidin xatirəsi anıldı

Azərbaycan Respublikasının ərazi bütövülüyü uğrunda şəhid olan Rüstəmov Cəlal Əbdülhəkim oğlunun ad günü aprel ayının 9-a təsadüf edir. Onun şərəfinə qurulan bulaq-abidə önündə bu münasibətlə tədbir keçirildi.
Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə İsmayıllı rayon QMƏVŞA ictimai birliyinin sədr müavini İsa Musayev açıb, Cəlalın həyatından, göstərdiyi qəhrəmanlıqlardan danışıb.
Şəhidin xatirəsi anıldı
İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı Rövşən Yəhyayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, QMƏVŞA İsmayıllı rayon bölməsinin sədr müavini Kamil Dadaşov şəhidin xatirəsinin hər zaman ismayıllıların qəlbində yaşayacığını bildiriblər.
Şəhər 4 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəna Mirzəliyeva şəhidin keçdiyi ömür yolundan, Vətənə olan sevgisindən danışib.
Şəhidin bacısı Xoşqədəm Rüstəmova çıxışında deyib:
– Cəlal sağlığında dost-tanışı başına toplayıb ad günü keçirərdi. O, bu ad günündə də tək qalmadı. İnşallah, düşmən tapdağı altında olan torpaqlarımız geri alınar və Cəlal kimi yüzlərlə şəhidlərin doğum günlərini Qarabağ torpagında keçirdərik.
Şəhidin sinif yoldaşı Tahir Abdullayev onun keçdiyi şanlı döyüş yolundan danışıb.
Böyük Vətən müharibəsi veteranı Niyaz Ağayev, 7 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şirinbəyim Atayeva çıxış edərək İsmayıllının vətənpərvər oğullarının qəhrəmanlığından danışıblar.
Tədbirin sonunda şəhər 3 və 7 nömrəli tam orta məktəblərinin şagirdləri vətənpərvərlik ruhunda şeirlər söyləyiblər.
Ç.Bəhərçinli

Şərh Yaz