Qeyri-adi səs

Teymur Əzizli 1991-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 1997-ci ildə E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub, 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2010-cu ildə Şuşa Musiqi Kollecinin xanəndəlik fakültəsinə qəbul olub, hazırda həmin kollecin III kurs tələbəsidir.
Qeyri-adi səsQeyri-adi səs

Teymur 2007-ci ildən mənim rəhbərlik etdiyim “Qarabağ bülbülləri” ansamblına üzv yazılıb. Yeddi ilə yaxındır ki, bu ansamblda fəaliyyətini davam etdirir. O, ansamblın üzvü olduğu müddətdə neçə-neçə müsabiqələrdə iştirak edib, ansamblın tərkibində bir çox tədbirlərdə, cəbhə bölgələrində, sərhəd və daxili qoşunların əsgərləri qarşısında müvəffəqiyyətlə çıxış edib. Teymur Əzizli ansamblın üzvləri arasında özünəməxsus qeyri-adi səs tembri ilə həmişə fərqlənib, həmçinin nizam-intizamına görə də hörmət qazanıb.
Qeyri-adi səs
İndiyə qədər hansı tələbələrmə ümid bəsləmişəmsə, onlar ümidimi doğruldublar. Bunun bariz nümunəsidir ki, ansamblın üzvlərindən əksəriyyəti tanınan musiqiçilərdir. İnanıram ki, Teymur Əzizli də gələcəkdə Azərbaycanın musiqi səhnəsində layiqli yerini tapacaq, ona verdiyim “Əziz” təxəllüsünü doğruldacaq. Respublikada bacarıqlı musiqiçi kimi, xalqın hörmətini qazanaraq onun sevimlisinə çevriləcəkdir.
Murad Rzayev,
Respublikanın Əməkdar incəsənət xadimi, SSRİ Maarif əlaçısı

Şərh Yaz