Bayrama görə satış yarmarkası

Rayonumuzda kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi ənənəvi hal almışdır. Həmin ənənə bayramlar ərəfəsində daha geniş vüsət alır.
İsmayıllı şəhərində “Qala divarları” və “Bahar” mebel mərkəzi qarşısında, sonrakı günlər rayonun Kürdmaşı, Qurbanəfəndi, Soltankənd, Diyallı, Təzəkənd, Hacıhətəmli, Topçu və digər böyük kəndlərdə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilib.
Xalqımızın ən sevimli və qədim bayramı olan Novruzun gəlişi münasibəti ilə təşkil olunan yarmarkalarda fermerlər tərəfindən yüksək keyfiyyətli ət, toyuq, meyvə-tərəvəz, taxıl və süd məhsulları, bal, yumurta və digər məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı qiymətlərlə satışa çıxarılıb.

***
Bazarlarda bayramqabağı süni qiymət artımının qarşısını almaq məqsədilə rayonlarda yarmarkalar təşkil olunur.
İsmayıllı rayonunda Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Bayramqabağı yarmarkaların keçirilməsində məqsəd rayon əhalisinin ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasıdır. Satışa çıxarılan məhsulların əksəriyyəti rayonun emal müəsissələrində istehsal olunur. Rayonda fəaliyyət göstərən fermer təsərrüfatları istehsal etdikləri məhsullarla satış yarmarkada təmsil olunub. Alıcılar satışa çıxarılan məhsulların keyfiyyətli və ucuz olmasını razılıqla qarşılayıblar.
Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, gün ərzində satış yarmarkaya 2 ton mal və qoyun əti, 1000 baş quş əti, 5000 litr süd, 4-5 min ədəd yumurta, 5 ton meyvə, 300 kq. bal və 10 ton taxıl məhsulları olmaqla 100 adda kənd təsərrüfatı məhsulları çıxarılıb. Satılan məhsullar bazar qiymətindən xeyli aşağı olub. Mal ətinin kiloqramı 6 manat, qoyun ətinin kiloqramı 7 manat, yumurta 8 qəpik olub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz