İnnovativ təlim texnologiyaları ili
Seminarda RTŞ-nin Metodik kabinetinin direktoru Hümbət Əsədov, metodistlər Vəfa Ağayeva, bu sətirlərin müəllifi Rəşid Məmmədov və rayonun ümumtəhsil məktəblərinin fizika, riyaziyyat müəllimləri iştirak etmişlər.
Seminarı giriş sözü ilə açan Metodik kabinetin direktoru H.Əsədov çıxış edərək fəndaxili və fənlərarası inteqrasiya haqqında geniş məlumat verdi. O, innovativ təlim texnologiyalarının ən mühüm tələblərindən birinin fənlərarası inteqrasiya olduğunu bir daha qeyd etdi. Metodistlər R.Məmmədov “Fizikanın tədrisi zamanı tətbiq olunan əsas riyazi məsələlər” və V.Ağayeva “Riyaziyyatın fizikaya tətbiqində qarşıya çıxan problemlər və onların aradan qaldırılması” mövzularında çıxış edərək fizika və riyaziyyat fənlərinin inteqrasiyası zamanı qarşıya çıxan problemlər, onların aradan qaldırılması yolları haqqında ətraflı məlumat verdilər. İnnovativ təlim texnologiyaları ili
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Sərəncamına uyğun olaraq rayonumuzda 2014-cü il “İnnovativ təlim texnologiyaları ili” elan olunmuşdur. Sərəncamın icrası ilə əlaqədar 7 mart 2014-cü il tarixdə Rayon Təhsil Şöbəsinin akt zalında “Fizikanın tədrisində riyaziyyatın tətbiqi və fənlərarası inteqrasiya zamanı innovasiyalar” mövzusunda seminar-müşavirə keçirildi.
Seminarda RTŞ-nin Metodik kabinetinin direktoru Hümbət Əsədov, metodistlər Vəfa Ağayeva, bu sətirlərin müəllifi Rəşid Məmmədov və rayonun ümumtəhsil məktəblərinin fizika, riyaziyyat müəllimləri iştirak etmişlər.
Seminarı giriş sözü ilə açan Metodik kabinetin direktoru H.Əsədov çıxış edərək fəndaxili və fənlərarası inteqrasiya haqqında geniş məlumat verdi. O, innovativ təlim texnologiyalarının ən mühüm tələblərindən birinin fənlərarası inteqrasiya olduğunu bir daha qeyd etdi. Metodistlər R.Məmmədov “Fizikanın tədrisi zamanı tətbiq olunan əsas riyazi məsələlər” və V.Ağayeva “Riyaziyyatın fizikaya tətbiqində qarşıya çıxan problemlər və onların aradan qaldırılması” mövzularında çıxış edərək fizika və riyaziyyat fənlərinin inteqrasiyası zamanı qarşıya çıxan problemlər, onların aradan qaldırılması yolları haqqında ətraflı məlumat verdilər.
Çıxışlar dinlənildikdən sonra tədbir rayonun ümumtəhsil məktəblərinin müəllimlərinin iştirakı ilə müzakirə şəraitində davam etdirildi.
Cülyan kənd tam orta məktəbinin direktoru, eyni zamanda riyaziyyat müəllimi Eyvaz Mursalov çıxış edərək məktəbdə fizika və riyaziyyat müəllimlərinin qarşılıqlı şəraitdə işlədiklərini bildirdi. Həmçinin fənn metodbirləşməsinin fəndaxili, fənlərarası əlaqə və innovasiyalarda rolunu, əhəmiyyətini vurğuladı.
Təzəkənd, Talıstan, Topçu kənd tam orta, Qaraqaya, Balik kənd ümumi orta və digər məktəblərin müəllimləri də mövzu haqqında maraqlı təklif və rəylərini bildirdilər.
Yekunda RTŞ-nın müdiri Rasim Orucov çıxış edərək innovativ təlim texnologiyalarından, rayon təhsilində bu istiqamətində görülən işlər haqqında ətraflı məlumat verdi. Bu işlərə nümunə olaraq rayonun 17 məktəbinə prometan (ağıllı) lövhələrin verildiyini, 25 məktəbin yüksək sürətli internetə qoşulduğunu, məktəblərdə şagird sayına düşən kompyuterlərin sayının artırıldığını, məktəblərə xeyli sayda proyektor və digər İKT vasitələrinin verildiyini qeyd etdi. R.Orucov gələcəkdə bu sahədə daha geniş işlərin aparılması üçün qarşıya çıxan problemlərin həlli istiqamətində zəruri addımların atılmasının vacibliyini vurğuladı. Sonda o, yetişən gənc nəslin günün tələblərinə cavab verən, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq yetişməsində müəllim əməyinin əvəzsiz olduğunu bildirdi.
Rəşid Məmmədov