Bədən Tərbiyəsi və İdman Günü
Heydər Əliyev Mərkəzində 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdən öncə gənc idmançılar Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, Öndərə dərin ehtiramlarını bildiriblər.
Bədən Tərbiyəsi və İdman Günü
Heydər Əliyev Mərkəzində 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdən öncə gənc idmançılar Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, Öndərə dərin ehtiramlarını bildiriblər.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsindən, ölkədə idmançılara göstərilən dövlət qayğısından danışıb.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətinin uğurla davam etdirildiyini deyib. Bildirib ki, İsmayıllıda idmanın hərtərəfli inkişafına ehtiyac vardır.
Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi, Respublikanın Əməkdar məşqçisi Tofiq Eyvazov bildirib ki, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilməkdədir. Yalnız paytaxtda deyil regionlarda da idmanın inkişafına diqqət ayrılır, olimpiya kompleksləri inşa edilir. Qonaq İsmayıllıda idmanın inkişafından danışıb. Qeyd edib ki, rayona gələn qonaqlar idman yarışlarının təşkilatçılığından razılıq edirlər.
İsmayıllı Olimpiya-İdman Kompleksinin direktoru Tofiq Hümbətov idmançıları əlamətdar gün münasibəti ilə təbrik edib, İsmayıllıda idmanın inkişafı üçün əlindən gələni edəcəyini diqqətə çatdırıb.
Ağırlıqqaldırma üzrə dünya çempionu, “Şöhrət” ordenli, Əməkdar idman ustası Asif Məlikov, Yunan-Roma güləşi üzrə Beynəlxalq idman ustası, Avropa çempionatının gümüş mükafatçısı Azad Əliyev, Veteran idmançı Hikmət Əhmədov çıxış edərək idmanın inkişaf etməsi üçün görülən işlərdən danışıblar.
Tədbirin 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirildiyindən idman sahəsində qazandığı uğurlara görə rayonumuzun təmsilçisi olan bir qrup xanım idmançıya Gənclər və İdman İdarəsinin Diplomları təqdim edilib.
Ç.Bəhərçinli