Yaddas kitabcasi

“Şarm” gözəllik salonu açıldı

Fevral ayının 3-də İsmayıllı rayonunda “Şarm” gözəllik salonunun açılışı olub. Açılışda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək bildirib ki, rayonda müasir standartlara cavab verən gözəllik salonunun açılmasına ehtiyac vardı.

Sahibkar Gülalı Nuralıyev salonun fəaliyyətə başlamasının rayonda gənclərin işlə təminatı sahəsində faydalı olacağını qeyd edib.
“Şarm” gözəllik salonunun ikinci mərtəbəsində saçların kəsimi, formaya salınması, manikür və pedikür, makiyaj kimi xidmətlər göstəriləcək. Salonda yeni ailə qurmağa hazırlaşan xanımlar üçün gəlinliklərin icarəyə verilməsi və paltarların tikilməsi də nəzərdə tutulub.
Salonun birinci mərtəbəsində bəylərimizə xidmət göstəriləcək.
Burada ümumilikdə 20 nəfərə yaxın gənc və təcrübəli usta çalışacaq.
Ç.Bəhərçinli

Şərh Yaz