Hüquqşünasın tribunası:

Sual
Kütləvi informasiya vasitələrində, ictimaiyyət arasında qərəzli məqsədlə, həqiqətdən uzaq, ictimai sabitliyin, asayişin pozulmasına istiqamətləndirilmiş, şantaj, təxribat xarakterli məlumatların yayılmasının qarşısının alınması üçün qanunvericilikdə cəza tətbiq edilməsi nəzərdə tutulubmu?
Bəhmən Həsənov,
İsmayıllı şəhər sakini

Hüquqşünasın tribunası:
Hüquqşünasın tribunası:

Hüquqşünasın tribunası:
Sual
Kütləvi informasiya vasitələrində, ictimaiyyət arasında qərəzli məqsədlə, həqiqətdən uzaq, ictimai sabitliyin, asayişin pozulmasına istiqamətləndirilmiş, şantaj, təxribat xarakterli məlumatların yayılmasının qarşısının alınması üçün qanunvericilikdə cəza tətbiq edilməsi nəzərdə tutulubmu?
Bəhmən Həsənov,
İsmayıllı şəhər sakini

Cavab
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə cinayəti nəzərdə tutulmuşdur. Bu cinayət əməli eyni vaxtda bir neçə obyektə qəsd etdiyindən yüksək ictimai təhlükəliliyə malik olan cinayətlərə aid edilir. Belə ki, bu cinayətin törədilməsi nəticəsində ictimai sabitliyin və asayişin pozulması həm ictimai təhlükəsizliyə, həm də hakimiyyət orqanlarına, dövlət idarəetmə orqanlarının normal fəaliyyətinə, dövlət, ictimai, özəl və digər müəssisə, idarə və təşkilatların işinə, onların iqtisadi mənafelərinə, habelə ayrı-ayrı vətəndaşların hüquqlarına və qanuni mənafelərinə ziyan vurur.
Qeyd olunan cinayət əməlinin obyektiv cəhəti insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermədə ifadə olunur. Yalan məlumat müxtəlif üsullarla (şifahi, yazılı, telefonla, kütləvi informasiya vasitələri ilə və s.) verilə bilər. Yalan məlumatın hansı üsulla verilməsi əməlin tövsifinə təsir etmir. Bu cinayət əməlində təqsirkarın məqsədi fiziki və hüquqi şəxsləri aldatmaqla ictimai təhlükəsizliyi, hüquq mühafizə orqanlarının, müəssisə idarə və təşkilatların normal fəaliyyətini pozmaqdan, ayrı-ayrı vətəndaşların hüquq və mənafelərinə ziyan vurmaqdan, gərginlik yaratmaqdan ibarət olur. Bu əməlin törədilməsinə görə beş ildən səkkiz ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzrədə tutulmuşdur.
Bundan başqa, Azərbaycan Respublikası CM-nin 296-cı maddəsində bilə-bilə yalan xəbərçilik etmə cinayəti nəzərdə tutulmuşdur ki, həmin cinayətin də ictimai təhlükəliliyi məhkəmə, təhqiqat və ibtidai istintaq orqanlarının normal fəaliyyətinin, habelə ayr-ayrı şəxslərin əsassız cinayət təqibinə məruz qalmaqla əlaqədar rahatlığının pozulmasında ifadə olunur. Bu məlumatlar müxtəlif formada (şifahi, yazılı, telefonla, vasitəçənin köməyilə və s.) dövlət orqanlarına və ya vəzifəli şəxslərə çatdırıla bilər. Cinayət edilməsi haqqında xəbərçilik o halda cinayət hesab olunur ki, verilən məlumat yalan olsun. Məlumatlar törədilməmiş, hazırlanmayan cinayət, habelə cinayəti törətməmiş şəxs barəsində olduqda da ylan hesab edilir. Bilə-bilə xəbərçilik etmə cinayəti məlumatın ünvan sahibi tərəfindən alındığı andan başa çatmıış sayılır, cinayətin subyekti 16 yaşına çatmış hər hansı anlaqlı şəxs ola bilər.
Yuxarıda qeyd edilən cinayətlərlə yanaşı, Azərbaycan Respublikası CM-nin 147-ci maddəsində böhtan cinayəti nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayət cinayət təqibinin xüsusi ittiham qaydasında həyata keçirilir. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma nəzərdə tutulur. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumat deyilsə, böhtana görə cinayət məsuliyyəti isitisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatlardırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Yol verdiyi nöqsanlarla əlaqədar şəxsin tənqid olunması şərəf və ləyaqətin ləkələnməsi kimi qiymətləndirilə bilməz.
Bunlardan əlavə, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə təhqir cinayəti nəzərdə tutulmuşdur. Təhqir cinayətinin də, böhtanla oxşar əlaməti bu cinayətin də cinayət təqibinin xüsusi ittiham qaydasında həyata keçirilməsidir. Təhqir dedikdə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Nalayiq formada alçatlma şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onun əhatənin gözündən nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur.
Fərid Dadaşov,
İsmayıllı rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru

Şərh Yaz