20 Yanvar şəhidlərinin xatirəsinə

20 Yanvar şəhidlərinin xatirəsinə
İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən tədbir keçirilib Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin nümayəndəsi Valeh Salehov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 24 il keçdiyini qeyd edib. O bildirib ki, keçmiş Sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi, bəşər tarixində qara səhifə olaraq qalacaqdır. 20 Yanvar şəhidlərinin xatirəsinə
İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən tədbir keçirilib Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin nümayəndəsi Valeh Salehov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 24 il keçdiyini qeyd edib. O bildirib ki, keçmiş Sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi, bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
20 Yanvar şəhidlərinin xatirəsinə
O dövrün ictimai-siyasi hadisələrini xarakterizə edərək, bu hadisənin Azərbaycanın çağdaş tarixinin ən mühüm faktlarından biri, istiqlal savaşına qalxmış xalqımızın mübarizəsinin zirvəsi olduğunu bildirib. Qeyd edib ki, o dövrün rəhbərliyi qanlı qırğını törətməklə xalqın haqq səsini boğmağa, Azərbaycanın sərvətlərinin talan olunmasını davam etdirməyə çalışırdı. Amma xalqın mübarizə əzmi buna imkan vermədi. Bu günün ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi olaraq əhəmiyyətini vurğulayıb.
V.Salehov qeyd edib ki, xalqımızın ağır günlərində ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, bu qanlı faciəni törədənlərə qarşı kəskin etirazını bildirib. 20 Yanvar faciəsinə rəsmi səviyyədə ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə özünün işləyib-hazırladığı qərar layihəsi əsasında qiymət verilib.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz