Məktəbdə şəhidlər yad edildi

17 yanvar 2014-cü il tarixində İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbində 1990 ci il 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım günü keçirildi. Əvvəlcə Azərbaycan xalqının şəhid övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəb şagirdlərinin ifasında şair və bəstəkarlarımızın bu mövzuya həsr edilmiş şeir və mahnıları səsləndirildi. Məktəbin tarix müəllimi F.Vəliyeva həmin hadisələrin yarandığı şəraitdən və xalqımızın qəhrəmanlıqlarla dolu tarixindən söhbət açdı. Tədbirdə iştirak edən valideynlər xalqımızın qəhrəmanlıq səhifəsinə qanlı bir hadisə kimi daxil olan bu vəhşilikləri törədənlərə öz mənfi münasibətlərini bildirdilər. Tədbirin sonunda məktəbin direktoru R.Dadaşov deyilənlərə ümumi bir yekun vuraraq qeyd etdi ki, bu qəhrəmanlıq xalqımızın milli oyanışına təkan verdi, müstəqilliyimizin əldə olunmasını sürətləndirdi. Şəhidlərin xatirəsini yad etmək hamımızın mənəvi borcu olduğunu bildirdi.
Gültəkin Abdulova,
məktəbin psixoloqu

Şərh Yaz