Cüdo yarışı

Cüdo yarışı
Yanvar ayının 18-də İsmayıllı Olimpiya-İdman Kompleksində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr edilən cüdo üzrə İsmayıllı birinciliyi keçirilib. Cüdo yarışı
Yanvar ayının 18-də İsmayıllı Olimpiya-İdman Kompleksində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr edilən cüdo üzrə İsmayıllı birinciliyi keçirilib.
Cüdo yarışı
Yarışda 1996-1998 və 1998-2000-ci il təvəllüdlü yeniyetmələr 16 çəki dərəcəsində mübarizə aparıblar. Olimpiya-İdman Kompleksinin komandası ilə yanaşı Hacıhətəmli, İvanovka, Topçu və Diyallı kəndlərindən olan cüdoçular yarışda iştirak ediblər.
Əsasən, Qurbanəfəndi, Qaraqaya və Olimpiya-İdman Kompleksinin komandalarının tatami ustaları yarışlarda fəxri kürsünün yüksək pillələrinə yiyələniblər.
Yarışda Hacıhətəmli, İvanovka kəndlərinin idmançıları fərqlənib. Ümumi komanda hesabında Olimpiya-İdman Kompleksi birinci, İvanovka ikinci, Hacıhətəmli kəndinin komandası üçüncü yerə layiq görülüb.
Qaliblərə diplom və xatirə hədiyyələri təqdim olunub.
Taleh Məhərrəmov

Şərh Yaz