Əkin sahələrini gəmiricilərdən qoruyun!

Əkin sahələrini gəmiricilərdən qoruyun!

Rayon ərazisində siçanabənzər gəmiricilərin yayılma arealı çox genişdir. Onlardan çölsiçanı, qırmızıquyruq, adi siçan, qum siçanı daha geniş yayılmışdır. Zərərli gəmiricilərin taxıl əkini sahələrində güclü yayıldığı illərdə məhsulun 45-50 faizinin məhvinə gətirib çıxarır.

Əkin sahələrini gəmiricilərdən qoruyun!


Rayon ərazisində siçanabənzər gəmiricilərin yayılma arealı çox genişdir. Onlardan çölsiçanı, qırmızıquyruq, adi siçan, qum siçanı daha geniş yayılmışdır. Zərərli gəmiricilərin taxıl əkini sahələrində güclü yayıldığı illərdə məhsulun 45-50 faizinin məhvinə gətirib çıxarır.

Əkin sahələrini gəmiricilərdən qoruyun!
Siçanlar yeraltı yuvalar qazaraq, orada məskən salır. Hər yuva sistemi 2-5 kvadratmetr sahəni əhatə edir. Yuvanın dərinliyi 10-80 santimetr arasında dəyişir. Yuvanın yerüstü çıxışları 4-12 arasında dəyişir.
Siçanlar fəsillərdən asılı olaraq, qidasını dəyişir.
Qışda əsasən yaşıl bitkilərlə, yayda isə arpa, buğda və başqa bitkilərin dənləri ilə qidalanır. Onlar mövsüm ərzində, taxılın yetişən vaxtlarında qışa böyük ehtiyat toplayır. Zərərverici il boyu çoxalır. İl ərzində 6 nəsil, hər nəsildə 2-13 bala verir.
Gəmiricilərə qarşı mübarizə tədbirləri aqrotexniki mübarizə məqsədi ilə, məhsul yığımından sonra sahədə önkotanlayıcı kotanla 25-30 santimetr dərinlikdə şum aparılmalıdır. Bu tədbir siçan yuvalarının məhv olunmasına, yuvaların üst qatının dağılmasına, kiçik siçan balalarının məhvinə səbəb olur. Yetkin fərdlər isə yuvalardan çıxıb başqa yerlərə gedərkən təbii düşmənlərin hücumuna məruz qalaraq, kütləvi surətdə azalır. Şumlama taxılın ətraf sahələrində də aparılmalıdır.
Məhsulun tez və itkisiz yığılması, növbəli əkin sisteminin tətbiqi zərərvericilərə qarşı vacib aqrotexniki mübarizə tədbirlərindən hesab edilir.
Gəmiricilərə qarşı kimyəvi mübarizə məqsədi ilə müxtəlif aldadıcı yemlər hazırlanıb, yuvalara doldurulur. Aldadıcı yemlər bitkilərin yaşıl kütləsindən və dənlərdən hazırlanır. Ən səmərəli, aldadıcı yem bir kiloqram buğda dənini 30-40 qram bitki yağında isladıb, üzərinə 100-120 qram sink fosfid zəhəri əlavə edilərək qarışdırılmaqla alınır. Yaxşı olar ki, buğda dəni qabaqcadan odda qovrulsun, ki, sahədə yuvaya qoyulduqdan sonra çürüməsin
Hazırlanmış aldadıcı yemdən hər yuvaya 10-15 ədəd dən qoyulur və üstü örtülür. Aldadıcı yemlərin norması, yuvaların sayından asılı olaraq hektara 4-6 kiloqram hazırlanır.
Mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasında fermerlərin bu işə mütəşəkkil yanaşmasından çox asılıdır. Mübarizə işləri böyük ərazilərdə aparılmalıdır ki, qonşu sahədəki siçanların fəaliyyəti məhdudlaşsın. Əks halda, bioloji səmərəlilik aşağı olur.
Akif Əsədov,
İsmayıllı rayon Bitki Mühafizə Mərkəzinin rəisi

Şərh Yaz