Xoş xəbərçilik

Əziz dostlar, qohumlar, məni tanıyan istəkli həmkarlarım, bölgəmizin dəyərli sakinləri!
Allahın mənə – Salehov Valeh Məmmədhəsən oğluna qismət etdiyi ömrün 70 ilinə dövlətimizin qayğısı sayəsində çatmaq üzrəyəm.Xoş xəbərçilik
Bu illəri yaşamaqda, ən çətin problemlərin həllində mənə yardımçı olan yaxşı insanların qarşısında baş əyirəm. Xoşbəxtəm ki, 1974-cü il oktyabr ayının 18-də ümummilli liderimiz Heydər Əliyevin təsdiqindən keçib, İsmayıllıya işləməyə gəlmişəm və bu gün də sizin sıralarınızdayam.
Haqqımda yazı yazılmasını istəmədim. İstəmədim ki, məndə olmayan bəzi müsbət keyfiyyətlər də doğum günü xatirinə adıma yazılsın. Məsləhət bildim ki, Dəmir Gədəbəylinin “Axırıma çıxma, qoca!” şeiri ilə özümün 70 illiyim barədə sizlərə xəbərçilik edim.

Axırıma çıxma, qoca

Güzgüdə gördüyüm qoca,
Hardan gəldin? Necə gəldin?
Gəlib baxırsan güzgüdən,
Gündüz gəldin? Gecə gəldin?

Elə baxma, yazıq-yazıq,
Tanış gəlir gözlər mənə.
Barı gülümsə azacıq.
Gül, gül, quzu kəsim sənə!

Gülümsə, bəlkə tanıdım,
Mən kimə oxşadım səni?
Bəlkə dolandım başına,
Doyunca oxşadım səni!

Ağarıbdı saç-saqqalın,
Üzün qırışlar içində.
Körpə kimi kövrəlmisən,
Özün qırışlar içində.

Bir söz söylə, bir din, danış,
Elə qəmli baxma, qoca!
Söylə, dostsan? Yaxud tanış?
Axırıma çıxma, qoca!

Nə yaman günə qalmısan?!
Aman, dişin də tökülüb…
Əyilib koğa olmusan,
Dəmir belin də bükülüb!

Şərh Yaz