Nailiyyətləri artıracağıq

Nailiyyətləri artıracağıq
İsmayıllı Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Texniki Yaradıcılıq Mərkəzində (TYM) 15 dərnək fəaliyyət göstərir. Vaqif Rəhimovun müəssisəyə direktor vəzifəsinə gəlişindən sonra fəaliyyətimizi müasir tələblər əsasında qurmağa başlamışıq. Mərkəzdə “Gənc dizayner”, “Bacarıqlı əllər”, “Kimya texnologiya”, “Əyləncəli fizika”, “İnformatika və proqramlaşdırma” və sair dərnəkləri fəaliyyət göstərir.
Hər il TYM-nin dərnək üzvləri müəyyən sayda nominasiyalar üzrə respublika yarışlarında və digər yarışlarda uğurla iştirak etmiş, yüksək yerlər tutmuşdur.

Nailiyyətləri artıracağıqNailiyyətləri artıracağıq
2013-cü ilin noyabr ayında qazandığımız I yer dediklərimizi təsdiqləyir. Bu sətirlərin müəllifi, dərnək rəhbəri Reyhan Səfərovanın iştirakı ilə “Gənc dizayner” dərnəyinin üzvü Nəzrin Cəbiyeva Texniki Yaradıcılıq Mərkəzlərinin dərnək üzvlərinin əl işlərinə Respublika baxış müsabiqəsində “Təbii materiallardan hazırlanmış işlər” nominasiyasında I yer tutduğuna görə Diplom və qiymətli hədiyyələrlə təltif edilib. Həmin müsabiqədə nazirliyin səlahiyyətli nümayəndələri və Qeyri-Hökumət Təşkilatlarının üzvləri də iştirak edib. Nazirliyin nümayəndələri irad və təkliflərini də söyləyiblər.
Çalışırıq ki, qazanılan uğur və nailiyyətlərin sayını bundan sonra daha da artıraq.
Reyhan Səfərova,
“Gənc dizayner” dərnəyinin rəhbəri

Şərh Yaz