Nigar Rəfibəyli poeziyası

Nigar Rəfibəyli poeziyası
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə görkəmli Azərbaycan şairəsi N.Rəfibəylinin 100 illik yubileyi ölkənin hər yerində qeyd olunur.
Bu günlərdə şəhər 5 nömrəli tam orta məktəbində şairə xanımın yubileyi keçirildi.
N.Rəfibəyli Azərbaycan Demokratik Respublikasının qurucularından biri olan Xudadat bəy Rəfibəyovun ailəsində 1913-cü ildə göz açmışdır.
Nigar Rəfibəyli poeziyası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə görkəmli Azərbaycan şairəsi N.Rəfibəylinin 100 illik yubileyi ölkənin hər yerində qeyd olunur.
Bu günlərdə şəhər 5 nömrəli tam orta məktəbində şairə xanımın yubileyi keçirildi.
N.Rəfibəyli Azərbaycan Demokratik Respublikasının qurucularından biri olan Xudadat bəy Rəfibəyovun ailəsində 1913-cü ildə göz açmışdır.

Nigar Rəfibəyli poeziyası
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Elçin Məmmədov, Tehran Əhmədova, Elmira Seyidova və bu sətirlərin müəllifi Yasəmən Ağayeva yubilyarın yaradıcılıgının müxtəlif məqamlarından söz açdılar. Şagirdlərin gecədə fəallığı və şairənin şeirlərindən söylədikləri nümunələr hamının ürəyindən oldu.
Məktəbin kitabxanaçıları A.İbrahimova, A.Babayevanın səyi ilə təşkil olunmuş gecə Dövlət himninin ifası ilə başladı. Aparıcılar Nazxanım Gənciyeva və Şamo Qasımov şairənin həyat və yaradıcılığı haqqında məlumat verdilər. Sonra bir-birindən maraqlı çıxışlar başladı.
Cəmiyyətin, rejimin ədəbiyyatı, xüsusən poeziyanı ictimai problemlərlə həddindən artıq yüklədiyi bir zamanda özü də vaxtı ilə dəbdə olan sosial-siyasi məzmunlu, çağırış ruhlu bir sıra əsərlər yazdığına baxmayaraq, Nigar xanım daxilən öz şair məni, şair sövqi-təbiisi etibarilə bitkin bir lirik idi. Nə edəsən ki, onun lirik duyğularının təzahürünə, əlvan hisslərinin gözəl şeir incilərinə çevrilməsinə zaman və şərait o qədər də münasib deyildi. Əgər münasib olsaydı “Doymadım”, “Nazəndə bahar”, “Aparma”, “Dağlar”, “Dözə bilmirəm”, “Durna”, “Su pərisi”, ”Qayıqçı”, “Neyləyim?” və s. şedevrlər Nigar xanımın poeziya gülşənində boynubükük bənövşə kimi qalmazdılar.
Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızılgüllər hər səhər,
Tezdən açır, vaxtsız solur, neyləyim?
Akif İslamzadənin ifasında bu mahnı səslənəndə hər birimizin ürəyi riqqətlə döyünmürmü?
Şagirdlərdən – Sahil Şirinov “Bir yaralı əsgər yatır”, Aynur Əşrəfova “Vida”, Aynur Qədirova “Bir kəlmə söz”, Ləman Məmmədova “Qürbətdə axşam”, Xəyalə Məmmədova “Borcluyam”, Aytac Əzimzdə “Çadra” şeirini söylədi.
“Neyləyim”, “Dağları duman alanda” mahnılarının ifası hamı tərəfindən bəyənildi. Hiss olunurdu ki, şagirdlər tədbirə həvəs və böyük məsuliyyətlə hazırlaşiblar. Onlar dünənimizdən bu günümüzə olduğu kimi, bu günümüzdən də sabahımıza, səadətə qovuşacaq nəsillərimizə salam aparan xoş müjdələr verən, nadir incilər bəxş edən N.Rəfibəylinin yaradıcılığının bütün dolğunluğu ilə çatdırmağa can atırdılar.
N.Rəfibəylinin əsərlərində qadın ülviyyəti , ana ucalığı məhəbbətin başlanğıcı kimi, ailədə, eləcə də cəmiyyətdə, hətta dünya miqyasında sülhün, əmin-amanlığın daşıyıcısı kimi dönə-dönə, xüsusi ilham və həvəslə, poeziyanın bütün imkanları ilə tərənnüm olunur.
Sonda direktor müavini E.Babayev maraqlı tədbir üçün müəllimlərə və kitabxanaçı Afər İbrahimovaya və Arzu Babayevaya öz təşəkkürünü bildirdi.
Yasəmən Ağayeva,
İsmayıllı şəhər 5 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz