Bir ildə iki uğur

Bir ildə iki uğur
Ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın yaşıllıqlarının artırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin artırılması, bütün sərvətlərin qorunması üçün həyata keçirilən tədbirlər müdrik və uzaqgörən siyasətin nəticəsidir. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlər ətraf mühitin yaxşılaşdırılmasına və təbii sərvətlərin davamlı istifadəsinə yönəlməklə hər birimizin ekoloji məsuliyyətini artırır. Bir ildə iki uğur

Ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın yaşıllıqlarının artırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin artırılması, bütün sərvətlərin qorunması üçün həyata keçirilən tədbirlər müdrik və uzaqgörən siyasətin nəticəsidir. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlər ətraf mühitin yaxşılaşdırılmasına və təbii sərvətlərin davamlı istifadəsinə yönəlməklə hər birimizin ekoloji məsuliyyətini artırır.
Bir ildə iki uğur
Təbiətin nadir incilərinin qorunması, saxlanılması və ekoloji problemlərin həlli istiqamətində ölkə rəhbərliyinin böyük diqqəti və qayğısı sayəsində düşünülmüş və məqsədyönlü işlər həyata keçirir. Ölkəmizdə yaşıllaşdırma, yenidənqurma və abadlaşdırma işləri böyük vüsətlə davam edir. Bizim məktəblilər də böyük həvəslə meşələrin mühafizəsində, bərpasında və yaşıllaşdırma işlərində fəal iştirak edirlər. Şagirdlər Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzini direktoru Əli Şükürovun, biologiya üzrə fəlsəfə doktoru Lalə Dadaşovanın və ENPİ-FLEG proqramının ölkə üzrə əlaqələndiricisi Azər Qarayevin müəllifləri olduqları “Məktəb meşəçiliyinin yaradılması” kitabından elmi metodik vəsait kimi istifadə edərək məktəb meşəçiliyinin yaradılması, fəaliyyəti, meşə tinglərinin yetişdirilməsi, toxum tədarükü, meşedə ekoloji cığırın təşkili, meşədə davranış qaydaları və sair əsaslı biliklərə yiyələnirlər. Bizim “Gənc meşəçilər” dəstəsi əsasən, payız və qış aylarında meşələrin qanunsuz qırılmasına qarşı mübarizə aparır, yaz aylarında isə meşələri mal-qaradan qoruyur, qanunsuz qırılmış, məhv olmuş ağacların yerinə məktəbimizin tədris-təcrübə sahəsində becərilmiş palıd, fıstıq və ağcaqayın tinglərini köçürür . Yeni əkilmiş tinglər yaxınlıqdakı su mənbəyindən istifadə olunaraq suvarılır. Meşədə mal-qaranın vurduğu ziyan qanunsuz meşə qıranlardan çoxdur. Mal-qara meşələrin təbii bərpasının qarşısını alır. Odur ki, Gənc meşəçilər meşələrin mal-qaradan, yanğın təhlükəsindən mühafizəsinə xüsusi diqqət yetirirlər.
Görkəmli alim Həsən Əliyev təbiətin gözəlliyini və insanlara verdiyi saysız hesabsız nemətləri qeyd etməklə yanaşı, XX əsrdə insanları təbiətdən səmərəli istifadə etməyə çağırmış, ilk dəfə olaraq Azərbaycanda davamlı inkişaf ideyasını təbliğ etmişdir. Akademik Həsən Əliyev yazırdı: “Meşəni – Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək bəşər də yoxdur. Ölçüsüz-biçisiz yaşıllığa hücum insana qarşı yönəlmiş ən ağır müharibədir. İnsan ağlı, insan zəhməti bu müharibəni dəf etməyə qadirdir.” Bütün bu görülən işlərin nəticəsidir ki, məktəbimizin Gənc meşəçiləri Respublika müsabiqələrində fəal iştirak etmiş və qalib gəlmişlər. 2013-cü il 5 iyun Ətraf Mühitin Beynəlxalq Mühafizəsi Günü Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədər “Meşələri qoruyaq” devizi altında gənc meşəçilərin II Respublika müsabiqəsinin yekun tədbir oldu. Yekun tədbirində Musa Piriyev adına Tircan kənd tam orta məktəbinin VIII sinif şagirdi Ağasəməd Bədəllinin hazırladığı layihə I yerə layiq görüldü. Layihənin rəhbəri məktəbin coğrafiya müəllimi, bu sətirlərin müəllifi Gülyanaq Əliyeva idi.
Məktəbimizin şagirdləri rəhbərliyim altında ilə “Ətraf mühitə töhfəmiz” mövzusunda Respublika Forumuna hazırlıq dövründə bazis müsabiqəyə “Meşələrin mühafizəsi” mözusunda referat işi təqdim etdilər. Referatda məktəbimizin gənc meşəçilərinin meşələrin mühafizəsi və bərpası ilə əlaqədar fəaliyyəti öz əksini tapmışdı. 2013-cü il 19 dekabr Azərbaycanda Gənc Təbiətçilər hərəkatının 90 illiyi və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin 85 illiyi ilə əlaqədar məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə “Ətraf mühitə töhfəmiz” mövzusunda məktəblilərin respublika Ekoloji Forumunun yekun tədbiri oldu. Yekun tədbirdə məktəbimizin X sinif şagirdi Vüqar Məmmədazdənin hazırladığı layihə II yerə layiq görüldü. Bu uğurlar 2013-cü ildə məktəbimizin “Gənc meşəçi”ləri ilə birgə əməkdaşlıqlarını nəticəsidir.
Canlıların yaşadığı torpaq, çaylar, bulaqlar meşənin bir hissəsidir. Meşə təbiətin insanlara bəxş etdiyi sərvətdir, həyat mənbəyidir. Meşə sudur, su isə bolluqdur, firavanlıqdır. Biz bundan sonra da meşələrimizin mühafizəsi və bərpa olunmasında fəal iştirak edəcək, gələcək nəsillərə daha da zənginləşmiş meşələr miras qoyacağıq.
Gülyanaq Əliyeva,
İsmayıllı rayonu Musa Piriyev adına Tircan kənd tam orta məktəbinin coğrafiya müəllimi

Şərh Yaz