Azərbaycan poeziyasının vətən daşı

Azərbaycan poeziyasının vətən daşı
Bu günlərdə M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbində sevimli şairimiz M.Arazın anadan olmasının 80 illik yubileyi təntənə ilə qeyd olundu. Tədbiri məktəbin direktoru Elxan Bədəlov açdı. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ağalar Bədəlov tədbirin əhəmiyyətindən söz açdı.
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi S.Rəhimova şairin poeziyasını bizə sevdirən fəlsəfi tutumlu şeirlərindən nümunələr gətirdi, onların təhlilini verdi, bildirdi ki, airin şeirləri oxucularını düşündürür, onları vətənpərvərliyə, mübarizəyə səsləyir. M.Araz sevilən və seçilən şairlərimizdəndir.
Məmməd Araz – 80

Söz məktəbin IX b sinif şagirdlərinə verildi. Şairin həyatı haqqında Səadət Nəbili, bu sətirlərin müəllifi Ülkər Süleymanlı isə yaradıcılığı haqqında məruzə etdi. Hər iki məruzəçi şairin “Məndən ötdü…” və “Ayağa dur, Azərbaycan!” şeirlərini söylədi.
Dünyanın var-dövlətindən beşəlli yapışanlara ünvanlanan və müğənni Niyaməddin Musayevin ifasında məşhurlaşan “Dünya sənin, dünya mənim…” şeirinə bəstələnmiş mahnının sədaları altında Ülkər Süleymanlının ifasında maraqla dinlənildi. Həmin sinfin şagirdi Elşad Səmədzadə isə “Dünya düzəlmir” və “Yenə də yuxuda Arazı gördüm” şeirlərini tamaşaçılara çatdırdı.
Tədbirdə sinfin bütün şagirdləri fəallıq göstərdi. M.Arazın “Göyərməz” şeirinə həmyerlimiz Musa Yaqubun nəzirə yazdığı “Göyərdi” şeiri Elcan Nemətlinin, Ayşən Səmədlinin ifasında “Qonşu çəpəri” şeiri səsləndi. “Vətən mənə oğul desə, nə dərdim?” Zinyət İsbatova, “Ağarma saçım, ağarma” şeiri Rahil Dadaşlı, “Yenə də yuxuda Arazı gördüm” şeiri Elşad Səmədzadə tərəfindən gözəl ifa ilə tədbir iştirakçılarına çatdırıldı. M.Arazın bizi içimizdəki iblisdən qorumağa çağıran “Tanrı, məni məndən qoru” (ifaçı Ayşən Əsədova) və “ Nişançı özümüz, hədəf özümüz” (ifaçı Əhməd Qasımlı) şeirləri tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Aparıcı sözü həmin sinfin şagirdi Afər Cavadlıya verdi, məktəbli qız “Düşmən qabağından qaçan kişilər” şeirini söylədi. Səadət Nəbili, Emin Əsgərzadə və başqaları M.Arazın müxtəlif şeirlərini ifa etdilər.
Sonda şairin “Azərbaycan – dünyam mənim” şeiri səsləndi. Məktəbin direktoru E.Bədəlov iştirakçılara və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Belə tədbirlər şagirdlərdə xoş təəssürat yaradır.
Ülkər Süleymanlı,
məktəbin IX b sinif şagirdi

Şərh Yaz