Təcrübəlilərdən öyrənirik

Bu günlərdə şəhər 1 nömrəli tam orta məktəbinin bir qrup müəllimi İstisu kənd tam orta məktəbinin qonağı olmuşdur. RTŞ-nın metodik kabinetinin müdiri Hümbət Əsədov da onların arasında idi. Kollektiv elektron məktəblər sırasına qoşulmaq məqsədilə müəyyən addımlar atmağa başlamışdır. Qonaqların gəlişi də bu məqsəd üçün idi. H. Əsədov bura gəlmənin məqsədini açıqladı. O, kollektivin elektron məktəblər sırasına qoşulmaq sahəsində atdığı ilk addımlardan söz açdı, sinif otaqları ilə, əyani vasitələr və kompyuter otağı ilə maraqlandı. Məktəbə internet xəttinin çəkilməsi barədə direktor Elman Şükürovun təklifini bəyəndiyini qeyd etdi. Müxtəlif beynəlxalq layihələrdə iştirak etmiş və uğurlar qazanmış İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin qabaqcıl müəllimlərinin təcrübəsindən bəhrələnməyi tövsiyə etdi. Təcrübəli həmkarlardan öyrənməyin faydasının çox olacağını diqqətə çatdırdı. Geniş fikir mübadiləsi aparıldı.

Şəhər 1 nömrəli tam orta məktəbinin direktoru, Əməkdar müəllim Şəfaqət Rəsulov öz təcrübələrindən danışdı, qarşıya çıxan çətinliklərdən, onların aradan qaldırılması istiqamətində görülən tədbirlərdən söz açdı. O qeyd etdi ki, internetlə əlaqədar valideynlər arasında maarifləndirmə işləri apardıq. Hətta, bununla əlaqədar valideynlərdən uşaqlarını məktəbə buraxmaq istəməyənlər də vardı. Artıq bu , bizim üçün keçmişdə qalıb. Bu gün isə şagird və müəllimlər üçün çox gözəl imkanlar yaranıb. Müəllimlərimizin müxtəlif beynəlxalq layihələrdə iştirakı və qalib gəlməsi məktəbimizin adını birincilər sırasına çıxarmışdır.
Sonra digər qonaqlar – Bahar Abdullayeva, Ruhiyyə Mahmudova, Surə Mehdiyeva beynəlxalq layihələrdə iştiraklarından danışaraq öz təcrübələrindən, əldə etdikləri uğurlardan bəhs etmişlər. S.Mehdiyeva onu da qeyd etdi ki, zəhmət çəkməyən barın götürməz. İlk dəfə bu, sizə çətin görünə bilər, amma işlə tanış olduqdan sonra başa düşəcəksiniz ki, burada qəliz heç nə yoxdur və hər şey yoluna düşəcək. Layihələr sübut edir ki, Azərbaycan müəllimləri beynəlxalq aləmdə də öz sözlərini deyə bilirlər. Bu səbəbdən sıralarımız nə qədər çox olsa, o qədər də başımız uca olar.
Sonda görüşün səmərəsi və faydası haqqında qonaqlarla geniş fikir mübadiləsi aparıldı. Məktəbin direktoru E.Şükürov qonaqlara köməyə və təcrübə mübadiləsinə görə təşəkkürünü bildirdi. O, qeyd etdi ki, bizim öyrənməyə, özü də təcrübəlilərdən nəsə görüb-götürməyə böyük ehtiyacımız var. Yəqin ki, şəhər 1 nömrəli tam orta məktəbin təcrübəsi və onlarla qurulan əlaqələr bizə uğurlar gətirəcək.
Gülər Babayeva,
məktəbin müəllimi

Şərh Yaz