Yüksək bilik nümayiş etdirdilər

Yüksək bilik nümayiş etdirdilər
Rayon Uşaq Yaradıcılıq Mərkəzində neçə ay məktəblərdə davam edən “İntellekt” istedadlar klubunun final yarışı keçirilmişdir. Rayonun 30 tam orta məktəbindən 6-sı finala çıxmışdır. İclas zalının səhnəsində stollar düzülmüşdür. Hər komanda beş nəfərdən ibarət idi. Rayon Təhsil Şöbəsinin təşkil etdiyi bu tədbirin keçirilməsinə Access Bankın İsmayıllı rayon filialı qiymətli hədiyyələrin alınmasında lazımi köməklik etmişdir.
Yüksək bilik nümayiş etdirdilər

Rayon Uşaq Yaradıcılıq Mərkəzində neçə ay məktəblərdə davam edən “İntellekt” istedadlar klubunun final yarışı keçirilmişdir. Rayonun 30 tam orta məktəbindən 6-sı finala çıxmışdır. İclas zalının səhnəsində stollar düzülmüşdür. Hər komanda beş nəfərdən ibarət idi. Rayon Təhsil Şöbəsinin təşkil etdiyi bu tədbirin keçirilməsinə Access Bankın İsmayıllı rayon filialı qiymətli hədiyyələrin alınmasında lazımi köməklik etmişdir.
Yüksək bilik nümayiş etdirdilər
İştirakçılar səhnədə yerlərini tuturlar. Zala toplaşmış məktəbli dostları alqışlarla qarşılayırlar. RTŞ-nın metodisti Şəkurə Quliyeva tədbir barədə qısa məlumat verdi. Ölkəmizdə istedadlara göstərilən qayğıdan, Azərbaycan prezidenti İlham Əliyevin bu barədəki sərəncamından söhbət açmışdır. Söz aparıcılıq edən bankın nümayəndəsi Türkan xanım Əliliyə verildi. O, zaldakılara bank haqqında ətraflı məlumat çatdırmaq üçün sözü iş yoldaşı Nərminə Mikayılovaya verir. Nərminə xanım yarış iştirakçılarını təbrik etdi və onlara gərgin mübarizədə uğurlar arzuladı. Sonra bankın əhaliyə göstərdiyi xidmətlərdən, iş xüsusiyyətlərindən geniş məlumat verdi. Qaliblərin mükafatlandırılmasından danışdı. Yeri gəlmişkən, onu da qeyd edək ki, tədbir boyu səhnədəki ekranda bankın reklam çarxı da nümayiş etdirildi.
Uşaq Yaradıcılıq Mərkəzinin “Fidan” uşaq xalq çalğı alətləri ansamblı iştirakçıları musiqi ilə salamladı. Şəhər 2 nömrəli tam orta məktəbinin X sinif şagirdi Minayə Həbibovanın ifasında “Sevin Azərbaycanı” şeiri səsləndi.
Münsiflər heyəti yerini tutur və yarışa start verilir. Aparıcı Türkan xanım yarışın aparılması bərədə iştirakçıları məlumatlandırır. Sualın cavablandırılmasına vaxt verilir, cavablar yazılı halda münsiflər heyətinə təqdim edilir. Hər düzgün cavab üçün komandaya bir xal verilir. Ən çox suala cavab verən üç komanda üzvlərinə bank tərəfindən qiymətli mükafatlar təqdim edilmişdir. Komandalara 30 sual verilmişdir. Bu suallar ədəbiyyat, tarix, fizika və coğrafiya fənlərini, rayonumuzun tarixini əhatə etmişdir. Bankın işindən bəhs edən suallar da yer almışdır.
Final mərhələsinə İvanovka, Buynuz, Diyallı, şəhər 2 nömrəli, Cülyan və Qubaxəlilli kənd tam orta məktəblərin komandaları çıxmışdır. Gərgin keçən yarış yekunlaşdı. Şəhər 2 nömrəli tam orta məktəbin komandası 21 xal toplayaraq qalib oldu. İki – Qubaxəlilli və Cülyan tam opta məktəbləri eyni xal toplamış oldu. İkinci yerin sahibini təyin etmək məqsədilə onlara əlavə suallar verildi. Burada Qubaxəlilli məktəbinin komandası yüksək bilik nümayiş etdirdi və yarışın ikincisi, Cülyan komandası isə üçüncüsü oldu.
Yekunda İsmayıllı RTŞ-nın müdiri Rasim Orucov çıxış edərək yarış iştirakçılarını təbrik edərək:
– Bugünkü bilik yarışının iştirakçılarını təbrik edirəm, onlara yeni-yeni uğurlar arzulayıram. Üç komanda qalib adını qazandı, ancaq mən deyərdim ki, bu gün uduzan olmadı, hamı nəyəsə sahib oldu. Kimisi qiymətli hədiyyə, kimisi isə xeyli bilik əldə etdi. Mənə belə gəldi ki, bu, ən önəmlisidir. Çalışıb respublika səviyyəli yarışlarda qaliblər sırasında olmaq lazımdır. Gözəl yarış idi, buna görə də Access Bankın kollektivinə bu işdə göstərdiyi dəstəyə və hədiyyələrə görə təşəkkür edirəm.
Access Bank qalib komandaların hər bir üzvünə qiymətli hədiyyələr təqdim etdi: I yer tutanlara şəxsi kompyuter, II yerə çıxanlara rəqəmsal foto aparat, III yerin sahiblərinə isə mobil telefon verildi. Həmin hədiyyələri R.Orucov təqdim etdi.
Məktəb rəhbərliyi və komandaları yarışa hazırlayanlar da mükafatsız qalmadılar. Onlara da rəqəmsal foto aparatlar, mobil telefonlar və sair qiymətli hədiyyələr təqdim olunmuşdur. Belə tədbirlərin keçirilməsi istedadların üzə çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, şagirdlər yüksək bilik nümayiş etdirdilər.
B.Babayev

Şərh Yaz