Bağçalarda anım günü

Bağçalarda anım günü

Heydər Əliyevin anım günü İsmayıllı şəhər məktəbəqədər təhsil müəssisələrində də təşkil olunub. İsmayıllı şəhər 1 və 2 nömrəli uşaq bağçaları bu tədbirə yüksək səviyyədə, birgə hazırlaşıblar.
Şəhər 1 nömrəli körpələr-evi uşaq bağçasının müdiri Qalibə Abdulleyeva çıxış edərək Heydər Əliyevin həyat və yaradıcılığı haqqında qısa məlumat verib. Daha sonra Heydər Əliyevin İsmayıllıya səfəri zamanı çəkilmiş fotolardan ibarət albomla uşaqları tanış edib.

Bağçalarda anım günü Bağçalarda anım günü
Sinələrinə Ulu öndərin rəsmi sancılmış uşaqlar ozlərinə məxsus qürur hissi ilə Dövlət himnini oxuyublar.
Balaca Cəbrayılın Heydər Əliyev haqqında kiçik təqdimatından sonra uşaqlar ulu öndərimizə aid mahnılar ifa ediblər. Daha sonra uşaqlar arasında ulu öndərimiz Heydər Əliyevə aid şeirlərdən ibarət müsabiqə keçirilib. Bağça müdiri Qalibə Abdullayeva şeir demək qabiliyyətləri ilə fərqlənən Nihat Lətifzadə, İbrahim Məmmədli, Cəbrayıl Cabbarov, Leyla Ağayeva, Ramiz Məhərrəmli, Afaq İsmayılzadə və digər uşaqlara kiçik hədiyyələr təqdim edib.
Şəhər 2 nömrəli uşaq bağçası ulu öndərin anım gününə ilk öncə Heydər Əliyevin abidənsini ziyarət etməklə başlayıb. Bağça müdiri Rəfiqə Əzimova başda olmaqla pedaqoji işçilər və uşaqlar Heydər Əliyevin abidəsi önünə güllər düzərək onun ruhu qarşısında baş əyiblər.
Daha sonra uşaqlar Heydər Əliyev Mərkəzində olub, ulu öndərin əzəmətli portreti qarşısında xatirə şəkilləri çəkdiriblər. Tərbiyəçi Mehriban Salahova ulu öndərin müxtəlif fotoşəkilləri ilə uşaqları tanış edərək, həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Tədbir hər iki bağçada uşaqların iştirakı ilə müxtəlif şer və mahnıların səslənməsi ilə davam edib.
Güllübəyim Cərullayeva,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz