Yaddas kitabcasi

Bizim Əməkdar məşqçi

Bizim Əməkdar məşqçi
Bu yaxınlarda İsmayıllıya xoş xəbər yayıldı. Xəbər rayonumuzun idman ictimaiyyətini daha çox sevindirdi. Cüdo üzrə məşqçi-müəllim Əkbər Soltan oğlu Şəfaqətova “Əməkdar məşqçi” adı verilmişdir. Onu da qeyd edək ki, bu, rayonumuzda birinci haldır. Yəqin ki, Əkbərin ardınca belə ad alanların sayı da artacaq. Onu bu yüksək ad alması münasibətilə təbrik edir, yeni çempionlar hazırlaması işində ona uğurlar arzulayırıq.
Ə.Şəfaqətov 1981-ci ildən idmandadır. Bu idmana maraq onda hələ kiçik yaşlarında yaranmışdır. Sovetlər dönəmində dəfələrlə respublika yarışlarında iştirak edərək mükafatlar qazanmışdır. Bu dövrlərdə sambo-cüdo üzrə idman ustalığına namizəd normasını yerinə yetirmişdir.

Əkbər uşaqlarla işləməyi xoşlayır. Onun yetirmələri artıq özlərini təsdiq etməyi bacarmışlar. O, 2009-cu ilin mayından İsmayıllı Olimpiya-İdman Kompleksində məşqçi-müəllim kimi fəaliyyət göstərir. Birinci ixtisas kateqoriyalı məşqçi-müəllimdir.
Onun yetirmələrindən söz düşmüşkən, qeyd edək ki, Bakıda keçirilən dünya qrand-pri yarışında Fəridə Qurbanova gümüş medal qazanmışdır. Bu ilin mayında onun yetirmələrindən ibarət komanda respublikanı təmsil etmiş və yüksək yer tutmuşdur.
Ə.Şəfaqətov indi daha çox dəbdə olan bu idman növünün təbliğinə geniş diqqət yetirir. Bu məqsədlə kənd yerlərində qruplar açılır. Hazırda İsmayıllı şəhərində, İvanovka, Hacıhətəmli və Topçu kəndlərində qruplar fəaliyyət göstərir. Onu da qeyd edək ki, Azərbaycanın Cüdo Federasiyası Hacıhətəmli və İvanovka qruplarına tatami vermişdir. Bu qrupların nəticələri də var. Hacıhətəmlidəki qrupda çalışan Nərmin Abdullayeva ilk medalını da qazanıb. Gələcəkdə onun yüksək nəticələr göstərəcəyinə inanırıq.
Hazırda Lahıc və Qalacıq kəndlərində də yeni qruplar açmaq planlaşdırılmışdır. Əkbər Şəfaqətov həmkəndlisi və həmkarı Rəhman Əkbərovla birlikdə kəndlərdə fəaliyyət göstərən qruplarda da məşqlər aparır. Kəndləri əhatə etmək, məşqlərin vaxtlı-vaxtında aparılması xeyli vaxt aparır. Buna baxmayaraq, hər iki məşqçi işin öhdəsindən çox yaxşı gəlməyi bacarır, özü də ictimai əsaslarla. Bu da rayonda idmanın genişləndirilməsinə yaxşı nümunədir.
B.Babayev

Şərh Yaz