Fəxri ad verilmişdir

Fəxri  ad  verilmişdir

Diyallı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi və rəhbəri işləyən Rəhman Əkbərov tanınmış idmançıdır. O, idmanda heç də təzə deyil. 1981-ci ildə sambo güləşi üzrə məşqlərə başlayıb. İdmana olan marağı onu bu sahə üzrə ali təhsil almağa həvəsləndirib. Təhsildən sonra öz doğma məktəbində çalışır.
Rəhman müxtəlif yarışlarda qüvvəsini sınamışdır. Sambo-cüdo güləşi üzrə Azərbaycan çempionu adını qazanmışdır. SSRİ Həmkarlar İttifaqının Spartakiadasında III, “Dinamo” İdman Cəmiyyələrinin yarışında I olmuşdur. Rəhman SSRİ-nin idman ustası normasını yerinə yetirmişdir.

R.Əkbərov 1991-ci ildən məşqçiliyə başlayıb və birinci dərəcəli məşqçidir.
Çalışdığı məktəbdə gənc nəslin sağlam böyüməsi üçün əlindən gələni həyata keçirir. Onun yarışa hazırladığı “Şahin” komandası 2012-ci ildə zona yarışlarında birinci yerə çıxmışdır. Respublika birinciliyində isə II yeri tutmuşdur.
Onun yetirmələri dəfələrlə müxtəlif respublika və beynəlxalq idman yarışlarında uğurla çıxış etmişlər. Onlardan biri – Aysel Osmanlı 2006-cı ildə Qafqaz çempionu olmuşdur. Digər bir idmançı – Bəhram Zərbiyev Avropa və dünya çempionatında iştirak edib, təcrübəsizlik ona yüksək yer tutmağa imkan verməyib. İnanırıq ki, gələcək yarışlarda biz onun medalla qayıtdığının şahidi olacağıq. Aysel artıq yarışlarda iştirak etmir. Buna baxmayaraq, o, idmandan ayrılmayıb. Hazırda rayon Uşaq və Gənclər İdman Məktəbində müəllim işləyir.
Rəhmanın idman sahəsindəki əməyi yuxarı təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Bu ilin avqustunda Rəhmana “Fəxri bədən tərbiyəçisi və idman işçisi” fəxri adı verilmişdir. Bu münasibətlə Rəhmanı təbrik edir və ona yeni uğurlar arzulayırıq. Rəhman rayonumuzda bu ada layiq görülən ikinci idman müəllimidir.
B.Babayev

Şərh Yaz