İcmaların yaradılması

İcmaların yaradılması
İsmayıllı ərazisi öz coğrafi mövqeyinə görə zəlzələlərə, torpaq sürüşmələrinə, selə, güclü küləklərə meyllidir. Bu gün dünyada gedən Qlobal İqlim Dəyişikliyi də öz təsirini göstərir. Tarixə nəzər salsaq görərik ki, dəfələrlə faciələrlə nəticələnən zəlzələlər, güclü küləklər olub. Fəlakətlər baş verdikdən sonra onların fəsadların aradan qaldırılması üçün işlər görülür. Lakin, məqsəd hadisə baş verməmişdən öncə əhalini maarifləndirmək, təhlükələr baş verərkən buna hazır olmaqdır. Bu məqsədlə Qızıl Aypara Cəmiyyəti tərəfindən təhlükəsiz və möhkəm icmaların yaradılması layihəsi hazırlanıb.İcmaların yaradılması

İsmayıllı ərazisi öz coğrafi mövqeyinə görə zəlzələlərə, torpaq sürüşmələrinə, selə, güclü küləklərə meyllidir. Bu gün dünyada gedən Qlobal İqlim Dəyişikliyi də öz təsirini göstərir. Tarixə nəzər salsaq görərik ki, dəfələrlə faciələrlə nəticələnən zəlzələlər, güclü küləklər olub. Fəlakətlər baş verdikdən sonra onların fəsadların aradan qaldırılması üçün işlər görülür. Lakin, məqsəd hadisə baş verməmişdən öncə əhalini maarifləndirmək, təhlükələr baş verərkən buna hazır olmaqdır. Bu məqsədlə Qızıl Aypara Cəmiyyəti tərəfindən təhlükəsiz və möhkəm icmaların yaradılması layihəsi hazırlanıb.
İcmaların yaradılması
3 illik müddəti əhatə edən bu layihənin həyata keçirilməsi üzrə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Avstriya Qızıl Xaç Cəmiyyəti arasında rəsmi müqavilə 2012-ci ilin dekabr ayında imzalanıb. Layihənin məqsədi Azərbaycan Respublikasının təbii fəlakətlərə meyilli İsmayıllı və Zaqatala rayonlarından hədəfə alınmış icmalarda təbii və insan əli ilə törədilən fəlakətlərə qarşı dayanıqlılığın artırılması və bu sahədə möhkəm icmaların qurulmasıdır. Layihə artıq İsmayıllı rayonunun Diyallı və Təzəkənd kəndlərində uğurla reallaşdırılıb. İcmalar yaradılıb. Artıq həmin icmalar özləri yerlərdə uğurla fəaliyyət göstərirlər. Layihə çərçivəsində İsmayıllı şəhərində də möhkəm icmaların yaradılması planlaşdırılıb. Bununla bağlı noyabr ayının 27-də İsmayıllı Rayon Təhsil Şöbəsinin iclas zalında seminar keçirilib. Seminarda çıxış edən layihə rəhbəri Elşən Səlimzadə seminarın keçirilmə məqsədi haqqında ətraflı məlumat verib. İsmayıllı üçün xarakterik olan təbii və texnogen qəzalar müəyyənləşdirilib. Seminar iştirakçıları ilə maraqlı müzakirələr aparılıb.
Fatimə Zabitli

Şərh Yaz