Yaddas kitabcasi

Fizika tədrisinin əsas məsələləri

Noyabrın 6-da İsmayıllı RTŞ-nin akt zalında “6-cı sinifdə Fizikanın tədrisinin əsas məsələləri” mövzusunda seminar müşavirə keçirilmişdir. Müşavirədə RTŞ-nin müdiri Rasim Orucov, metodik kabinetin direktoru Hümbət Əsədov, metodist Rəşid Məmmədov, 6-cı sinif fizika dərsliyinin müəlliflərindən biri, Lahıc qəsəbə tam orta məktəbində çalışan Əməkdar müəllim Rövşən Əliyev və rayon ümumtəhsil məktəblərinin fizika müəllimləri iştirak etmişlər. Fizika tədrisinin əsas məsələləri

Noyabrın 6-da İsmayıllı RTŞ-nin akt zalında “6-cı sinifdə Fizikanın tədrisinin əsas məsələləri” mövzusunda seminar müşavirə keçirilmişdir. Müşavirədə RTŞ-nin müdiri Rasim Orucov, metodik kabinetin direktoru Hümbət Əsədov, metodist Rəşid Məmmədov, 6-cı sinif fizika dərsliyinin müəlliflərindən biri, Lahıc qəsəbə tam orta məktəbində çalışan Əməkdar müəllim Rövşən Əliyev və rayon ümumtəhsil məktəblərinin fizika müəllimləri iştirak etmişlər.
Seminarı giriş sözü ilə açan metodik kabinetin direktoru H.Əsədov ötən tədris ilində görülmüş işlər, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat vermişdir.
R.Əliyev fizika dərsliyi, müəllimlər üçün nəzərdə tutulmuş “Metodiki vəsait” və “İş dəftəri” haqqında danışmışdır. Müəllimlər çıxış edərək dərslik haqqında rəy və təkliflərini vermişlər.
Sonda R.Orucov müasir təlim metodlarının dərs prosesinə tətbiqi ilə əlaqədar tövsiyələrini vermiş, müəllimlərə işlərində uğurlar arzulamışdır.
Rəşid Məmmədov,
metodist

Şərh Yaz