“Azercell Ekspress”in ofisi fəaliyyətə başlayıb

Noyabrın 7-də İsmayıllı şəhərində “Azercell Ekspress”in ofisi fəaliyyətə başlayıb. Ofis abonentlərə həftədə 6 gün xidmət edəcək.
Satış departamentinin direktoru Koray Kəpənək bu ofisin “Azercell Ekspress”in bölgələrdə fəaliyyət göstərən 29-cu ofisi olduğunu deyib.

Ofisin meneceri Aqil Qasımov, abonentlərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün bütün şəraitlə və ən müasir avadanlıqlarla təmin olunduğunu deyib. Bildirib ki, ofisdə quraşdırılan bu avadanlıqlar abonentlərə peşəkar xidmət göstərməyə imkan verəcək.
Növbənin müşahidə və idarə edilməsi üçün quraşdırılan xüsusi avadanlıqlar isə abonentlərə müxtəlif seçim imkanı yaradır.
Ofisdə telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkün olacaqdır.
Açılışı bildirən rəsmi lent kəsildikdən sonra qonaqlar çay süfrəsinə dəvət olunub.
Çinarə Bəhərçinli

Şərh Yaz