Rəssamla yaradıcılıq görüşü

Rəssamla yaradıcılıq görüşü
26 oktyabr tarixində İsmayıllı şəhərində Almaniyada yaşayan Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovla yaradıcılıq görüşü olub.Rəssamla yaradıcılıq görüşü

26 oktyabr tarixində İsmayıllı şəhərində Almaniyada yaşayan Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovla yaradıcılıq görüşü olub.
Rəssamla yaradıcılıq görüşü
Görüşdən əvvəl dünya şöhrətli rəssamın sərgisi rəsmsevərlərin ixtiyarına verilib. Rəssamın yaradıcılığında Şərqin ənənələri ilə Qərbin müasir plastikası birləşir. Mövzu baxımından rəngarəng olan əsərlərin içərisində “Əhdi Ətiq” və “Əhdi Cədid” motivləri əsasında işlədiyi rəsmlər xüsusilə fərqlənir.
Rəssamla yaradıcılıq görüşü Rəssamla yaradıcılıq görüşü
Həmin əsərlər Vatikan mədəniyyət komitəsinin Rodos adasında keçirilən “Sivilizasiyaların dialoqu” adlı sərgidə nümayiş olunub. Rəssamın əsərləri dünyanın bir çox ölkələrində sərgilənib. Rəssamın fırçasının məhsulu olan bütün əsərlərində sənətkarın iç dünyasından qopub gələn mətləblər gizlənib. Onun rənglər dünyasında şəxsən yaşadığı və şahidi olduğu bütöv bir epoxanın sürrealist inikası ilə realist mahiyyəti qovuşur. Bu baxımdan rəssamın əsərləri sərgiyə gələnlərdə xüsusi ovqat yaradıb. Bu ovqat emosianallıq və duyğusallıq baxımından “təzə hava” təsiri bağışlayıb. Əsərlərdə narıncı, qırmızı, mavi rənglərin vəhdəti tamaşaçılarda nostalji qarışıq ümid yaradıb. Rəssamın “Əzablı yollar”, “Bayram”, “Humay”, “Kainat”, “Kəsmə şikəstə” rəsmlərində xalqımızın ən ağrılı dərdi Qarabağ, işğal altında olan torpaqlarımız əksini tapıb.
Sərgiyə gələnlər rəssamın həyat və yaradıcılığına həsr olunan filmə tamaşa ediblər. Daha sonra Əşrəf Heybətov gənc rəssamlara ustad dərsi keçib. Rəsmin incəlikləri haqqında danışıb. Gənc istedadlara tövsiyyələr verib.
Çinarə Bəhərçinli

Şərh Yaz