Vətən sağ olsun

Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, yaddan çıxmırlar. Azərbaycan dövləti daima onların ailələrinə, övladlarına qayğı göstərir, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi ruhunda yetişməsinə önəm verir.Vətən sağ olsun

Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, yaddan çıxmırlar. Azərbaycan dövləti daima onların ailələrinə, övladlarına qayğı göstərir, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi ruhunda yetişməsinə önəm verir.
Oğlum Ziyad Mehdiyev Qarabağ döyüşlərində şəhid olub, qəbri anadan olduğu Ağbulaq kənd qəbirstanlığındadır. Ağbulaq kənd məktəbinin şagirdləri daim səliqə-sahman yaratsalar da, məzar öz görkəmini getdikcə itirmiş, yararsız hala düşmüşdü.
Ehtiyatda olan zabit, müharibə əlili Zöhrab Bayramov və Ağbulaq kənd ümumi orta məktəbinin müəllimi Əflatun Baxışov şəhid qəbrinin yenidən düzəldilməsi təşəbbüsü ilə rayon İcra Hakimiyyəti qarşısında məsələ qaldırdılar. Qısa vaxt ərzində oğlumun məzarı şəhid adına layiq səviyyədə bərpa olundu.
Ailəmizə bəxş etdiyi ruhi və mənəvi rahatlığa görə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova öz adımdan və şəhidin övladları adından dərin təşəkkürümü bildirirəm.
Oğul itirmək nə qədər ağır olsa da, şəhid anası olmaq şərəfdir. Təki Vətən sağ olsun!
Masar Mehdiyev,
səhidin anası

Şərh Yaz