Yekunlar sevindiricidir

Ölkə prezidenti tərəfindən aparılan uğurlu iqtisadi islahatlar dinamik inkişafla davam edir. Bunun nəticəsidir ki, 2013-cü ilin yanvar-sentyabr aylarında ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi 4,1 faiz artaraq 4606 manat təşkil etmişdir.
Yekunlar sevindiricidir

Ölkə prezidenti tərəfindən aparılan uğurlu iqtisadi islahatlar dinamik inkişafla davam edir. Bunun nəticəsidir ki, 2013-cü ilin yanvar-sentyabr aylarında ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi 4,1 faiz artaraq 4606 manat təşkil etmişdir.
Rayonumuz Dağlıq Şirvan iqtisadi rayonuna daxil olmaqla 207372 hektar ərazini əhatə edir. Diqqətinizi qısa olaraq rayonun demoqrafik göstəricilərinə yönəltmək istəyirəm. Cari ilin oktyabr ayının 1-i vəziyyətinə rayon əhalisinin sayı 83 min nəfər təşkil etmişdir. Ümumi əhalinin 56 min nəfəri kənd, 27 min nəfəri isə şəhər və qəsəbələrdə yaşayır. Bundan başqa, rayonda 861 ailədə 3454 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayon əhalisi əsasən təbii artım hesabınadır. Son 9 ayda əhalinin təbii artımı 715 nəfər təşkil etmişdir. Hesabat dövründə rayonda 1194 körpə doğulmuş, 479 nəfər isə ölmüşdür. Bu dövrdə 601 nikah bağlanmış, 78 nikah isə pozulmuşdur.
Bütün ölkədə olduğu kimi, rayonun iqtisadiyyatı da dinamik sürətlə inkişaf edir, yeni istehsal sahələri yaradılır, iş yerləri açılır, regionların sosial iqtisadi inkişafına dair dövlət proqramı uğurla həyata keçirilməkdə davam edir. Rayonun ümumi indiqator göstəricisi olan Ümumi Məhsul Buraxılışı 2013-cü ilin doqquz ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz artaraq 127,0 milyon manat təşkil etmişdir. Rayon əhalisinin hər sakininə düşən məhsul buraxılışının həcmi 1528 manata çatmışdır.
Ümumi məhsul buraxılışında kənd təsərrüfatının xüsusi çəkisinin 46,2 faiz təşkil etməsi bu sahənin inkişafına xüsusi diqqət ayırmağı tələb edir. Hesabat dövründə rayonda 58,6 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Sahələrdən 80478 ton taxıl toplanmışdır ki, bu da əvvəlki ildən 14928 ton çoxdur. İstehsal olunmuş taxılın 62938 tonunu buğda təşkil etmişdir ki, bu göstərici də keçən il 52986 ton olmuşdur. İstehsal olunmuş məhsul sahələrin artımı hesabına deyil, əsasən məhsuldarlığın artması hesabına olmuşdur. Məhsuldarlıq göstəricisi cari ildə 27,1 sentner təşkil etmişdir ki, bu da keçən illə müqayisədə 4,6 sentner çox deməkdir. Rayon üzrə əkinə yararlı torpaqların 98,3 faizindən istifadə olunduğunu nəzərə alsaq gələcəkdə məhsul istehsalını əsasən məhsuldarlığın artması hesabına yüksəltməyin yollarını müəyyən etmək lazımdır.
Rayon iqtisadiyyatının əsasını aqrar sektor təşkil etdiyindən bitkiçiliklə yanaşı, heyvandarlığın inkişafı da mühüm əhəmiyyət kəsb edir. Rayonda carı ildə heyvandarlıq məhsullarının istehsalı əvvəlki illə müqayisədə 6,2 faiz artmışdır. Oktyabr ayının 1-i tarixinə rayonda bütün təsərrüfat kateqoriyalarında 51286 baş iri, 177911 baş xırda buynuzlu heyvan saxlanılır. Keçən ilin 9 ayı ilə müqayisədə ət istehsalı 112 ton, süd istehsalı 8 ton, yumurta istehsalı 1,2 milyon ədəd artmışdır.
Hesabat ilinin yanvar-sentyabr aylarında sənayedə mal xidmətlərin buraxılışı 2,5 milyon manat təşkil etmişdir. Sənaye istehsalının yalnız 35,5 faizi emal sənayesinin payına düşür. Lakin rayonda emal sənayesini daha da inkişaf etdirmək imkanları mövcuddur.
Bildirmək istəyirəm ki, son 9 ayda rayonda tikinti quruculuq işləri böyük vüsət almışdır. Şəhər və kəndlərdə sosial və istehsal obyektlərin tikintisi ,əsaslı təmir və abadlıq işləri böyük sürətlə davam etdirilir.
Bunun nəticəsidir ki, hesabat ilinin 9 ayında 10,4 milyon manatlıq əsas fondlar istifadəyə verilmiş, əsas kapitala investisiyaların həcmi 28,8 milyon manata çatmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas fondların istifadəyə verilməsi 9 milyon manat, investisiyaların həcmi isə 16,8 milyon manat çox olmuşdur. Tikinti təşkilatları tərəfindən görülən işlərin həcmi 38,8 milyon manat olmaqla, ötən ildən 1,7 dəfə artmışdır.
Görülən işlərin nəticəsidir ki, bu ilin yanvar-sentyabr aylarında rayonda 1171 yeni iş yeri açılmışdır ki, onun da 811-i daimidir. Açılmış iş yerlərinin 323-ü yeni yaradılmış müəssisələrin hesabınadır.
Rayon iqtisadiyyatının daha da yaxşılaşması üçün təhlilimizin nəticəsi olaraq təklif edirik:
1. Rayonumuzun aqrar rayon olduğunu və əhalinin 68 faizinin kəndlərdə yaşadığını nəzərə alaraq ailə kəndli təsərrüfatlarının iqtisadi səmərəliliyinin artırılması məqsədə müvafiq olardı. Belə ki, könüllülük prinsipləri ilə birləşmiş nümunəvi iri və orta kəndli təsərrüfatları yaratmağa ehtiyac vardır. Həmin təsərrüfatların nəzdində ailə-kəndli təsərrüfatlarına iqtisadi səmərəliliyin yollarını göstərə bilən və onlara məsləhətlər verən fermer evlərinin yaradılması məqsədə müvafiq olardı.
Rayonumuzda arıçılığın inkişafı ailə-kəndli və ev təsərrüfatlarına yüksək səmərə verə bilər.
Rayonumuzda mebel, gön-dəri və meyvə qurudulması sexlərinin yaradılması rayonumuzun əhalisinin güzəranının yaxşılaşmasına kömək olardı.
Ə.Əzizov,
İsmayıllı rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz