Yaddas kitabcasi

ATƏT DTİHB Azərbaycanda keçiriləcək Prezident seçkiləri üzrə müşahidə missiyası öz işinə başlayıb

29 avqust 2013 tarixdən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) 9 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçiriləcək prezident seçkilərini izləməyə gələn missiyası öz işinə başlayıb.ATƏT DTİHB Azərbaycanda keçiriləcək Prezident seçkiləri üzrə müşahidə missiyası öz işinə başlayıb
29 avqust 2013 tarixdən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) 9 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçiriləcək prezident seçkilərini izləməyə gələn missiyası öz işinə başlayıb.
Azərbaycan Hökuməti ölkənin ATƏT-in üzv ölkəsi kimi götürdüyü öhdəliklərə uyğun olaraq DTİHB-i seçkiləri müşahidə etməyə dəvət etmişdir.
Tana de Zuluetanın rəhbərliyi altında fəaliyyət göstərən missiya Bakıda çalışacaq 12 beynəlxalq ekspertdən və ölkənin müxtəlif regionlarına bölüşdürüləcək 30 uzunmüddətli müşahidəçidən ibarətdir. Ekspertlər və müşahidəçilər 22 üzv ölkədən cəlb olunubrlar.
Missiya prezident seçkilərinin ATƏT qarşısında götürülən öhdəliklərə və demokratik seçkilər üzrə digər beynəlxalq standartlara və həmçinin yerli qanunvericiliyə uyğunluğunu qiymətləndirəcək. Müşahidəçilər namizədlərin qeydiyyat prosesini, seçki kompaniyasını, seçki orqanları və müvafiq dövlət qurumlarının işini, seçki qanunvericiliyini və onun icrasını, media mühitini və seçki ilə əlaqədar şikayətlərin baxılmasını yaxından izləyəcəklər.
Bu müddət ərazində missiya müvafiq dövlət qurumları və siyasi partiyalar, namizədlər, vətəndaş cəmiyyəti, media və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək. Seçki günündə missiyanın nümayəndələri seçki məntəqələrinin açılmasını, səsvermə prosesini, səslərin hesablanmasını, protokollaşdırılmasını müşahidə edəcəklər.
İlkin müşahidələr və rəylər üzrə bəyanat seçkidən bir gün sonra veriləcək. Seçkilər prosesinin müşahidəsinin tam nəticələrini özündə əks etdirən yekun hesabat isə seçkinin bitməsindən təxminən iki ay sonra dərc olunacaq.
Uzunmüddətli müşahidə qrupunun üzvləri – isveçrəli Evi Yanson və italyalı Rikkardo Lepri üzərilərinə düşən missiyanı İsmayıllı rayonunda həyata keçirəcəklər. Müşahidəçi qonaqlar qəzetimizin redaksiyasında da olmuş, qəzetin işi və seçki təbliğatında mövqeyimizlə maraqlanmışlar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz