çməli su xətti təmir olunub

çməli su xətti təmir olunub
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının gerçəkləşdirdiyi növbəti icma layihəsinin açılış mərasimi sentyabr ayının 21-ində Təzəkənd kəndində baş tutub.İçməli su xətti təmir olunub

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının gerçəkləşdirdiyi növbəti icma layihəsinin açılış mərasimi sentyabr ayının 21-ində Təzəkənd kəndində baş tutub.
çməli su xətti təmir olunub
Tədbirdə Dünya Bankının əməkdaşları, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd sakinləri iştirak edib.
RİH ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Həsən Həsənov tədbirin mahiyyətindən danışıb, icmanın üzvlərinə layihədən yetərincə bəhrələnmələrini arzulayıb.
Açılış mərasimində çıxış edən Dünya Bankının nümayəndəsi, Azərbaycan Kənd İnvestisiya Layihəsi üzrə tapşırıq rəhbəri Daniel Ouen layihə haqqında məlumat verib. İşin başa çatması və kəndə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik edib.
Tədbirdə çıxış edən kənd sakini, müəllim Ağalar Bədəlov içməli suya olan tələbatın ödəndiyini, əlavə xərclərin qarşısının alınması nəticəsində ailə büdcələrinə 20 faiz qənaət yaranacağını deyib.
RİH başçısının Təzəkənd kənd ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Səmədov qeyd edib ki, layihə çərçivəsində 2190 metr uzunluğunda su xətti əsaslı təmir olunub, 2 yeni bulaq tikilib, bir bulağın təmiri reallaşdırılıb, 4 mövcud su çəni rənglənib. Layihədən 3000 nəfər faydalanacaq.
Daniel Ouen və icma rəhbəri Eynulla Bağırov bulağın açılış rəmzi olan qırmızı lenti kəsiblər.
Çinarə Bəhərçinli

Şərh Yaz