Karyera quran gənclərə dəstək

Karyera quran gənclərə dəstək
Sentyabr ayının 12-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində “Karyera qurmaqda gənclərə dəstək” mövzusunda seminar keçirilib. Karyera quran gənclərə dəstək

Sentyabr ayının 12-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində “Karyera qurmaqda gənclərə dəstək” mövzusunda seminar keçirilib.
Karyera quran gənclərə dəstək
Seminarda ali təhsilli gənclər, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, icra aparatının, İsmayıllı Rayon Məşğulluq Mərkəzinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görüşdə əsas məqsədin rayon gənclərinin problemlərinin öyrənilməsi kimi diqqətə çatdırıb. Gənclərin rayonda, eləcə də respublikanın ictimai həyatında, keçirilən tədbirlərdə fəal olmalarına hər cür şərait yaradıldığını deyib. İcra başçısı eyni zamanda bildirib ki, gənclər öz üzərilərində çalışmalı, bacarıqlarını inkişaf etdirməli, yüksək intellektə sahib olmalarını nümayiş etdirməlidirlər. M.Sadıqov İsmayıllıda “Gənclərin İnkişaf Mərkəzi” yaradılmasının nəzərdə tutulduğunu deyib.
Karyera quran gənclərə dəstək
Seminarda çıxış edən RİH başçısının humanitar məsələlər üzrə müavini Sevil Əhmədova gənclərə karyera qurmağın əhəmiyyətindən danışıb.
İsmayıllı Rayon Məşğulluq Mərkəzinin direktoru Rüstəm Səmədov gənclərə karyera qurmaqda, bu məqsədlə biznes layihələr hazırlayanlara dəstək olacaqlarını deyib. Vakant iş yerləri barədə məlumat verib.
Mərkəzinin baş məsləhətçisi Pakizə Ağayeva işə qəbul qaydalarından danışıb.
Fəal gənc Elçin Məmmədov biznes planların qurulması, uğur əldə etməyin yolları haqqında karyera qurmağa həvəsli gəncləri məlumatlandırıb.
Seminar maraqlı müzakirələr formasında davam edib.
Ç.Bəhərçinli

Şərh Yaz