Tələbə adınız mübarək

Tələbə adınız mübarək
Şəhərin ən yaraşıqlı binalarından biri olan “Röya” şadlıq sarayında xüsusi izdiham vardı. Əslinə qalanda, bura həmişə izdihamlı olur. Bu gün buraya toplaşanlar toydan heç də az əhəmiyyətli olmayan bir tədbirə gəliblər: burada 2013-cü ildə ali məktəblərə qəbul olanlar, onların müəllimləri, valideynləri və tanınmış həmyerlilərimiz olan qonaqlar toplaşıb. Sarayın böyük zalında bir boş yer belə yoxdur, hamı səbirsizliklə tədbirin başlanmasını gözləyir. Zala daxil oluruq, diqqətimizi ulu öndər Heydər Əliyevin “ Təhsil millətin gələcəyidir” yazılmış plakat, “Təhsil bayramınız mübarək” şüarları cəlb edir. Tədbir başlanır. Tələbə adınız mübarək

Şəhərin ən yaraşıqlı binalarından biri olan “Röya” şadlıq sarayında xüsusi izdiham vardı. Əslinə qalanda, bura həmişə izdihamlı olur. Bu gün buraya toplaşanlar toydan heç də az əhəmiyyətli olmayan bir tədbirə gəliblər: burada 2013-cü ildə ali məktəblərə qəbul olanlar, onların müəllimləri, valideynləri və tanınmış həmyerlilərimiz olan qonaqlar toplaşıb. Sarayın böyük zalında bir boş yer belə yoxdur, hamı səbirsizliklə tədbirin başlanmasını gözləyir. Zala daxil oluruq, diqqətimizi ulu öndər Heydər Əliyevin “ Təhsil millətin gələcəyidir” yazılmış plakat, “Təhsil bayramınız mübarək” şüarları cəlb edir. Tədbir başlanır.
Tələbə adınız mübarək
Aparıcı: – Bu gün buraya təhsil bayramını qeyd etməyə yığışmışıq. Bu il tələbə adını qazanmış gənclərə üzümüzü tutub deyirik: – Tələbə adınız mübarək, əziz dostlar! Sizə şərəfli tələbəlik həyatında, müstəqillik yollarında uğurlar arzulayırıq!
Bakıdan qonaq gəlmiş bədii qiraət ustası, həmyerlimiz Pünhan İsmayıllı mikrofona yaxınlaşır və müəllimlər haqqında xoş fikirlər səsləndirir, Ulu öndərin müəllimlər haqqında söylədiklərindən sitat gətirir. Təhsil bayramı münasibətilə hamını təbrik edir.
İsmayıllı haqqında səslənən şeirdən sonra, ekranda doğma rayonumuzun bənzərsiz mənzərələri göstərilir. İsmayıllını tərənnüm edən mahnı səslənir.
Aparıcı növbəti çıxışı – müğənni Rövşən Teyyubovun ifasında “Tələbə” mahnısını elan edir. Doğrusu, bu mahnının ifası zamanı tələbəlik həyatı keçirənlər xəyalən o, illərə qayıdır və kövrəlir. Əslində, tələbəlik və hərbi xidmət illərinin xatirələri illər keçsə də unudulmur…
Çox-çox adi dolanan,
Dünyaya, cahana, insana.
Gələcəyə inanan,
Tələbə, tələbə, tələbə.

Sızlar yada düşəndə,
Ürəyimin telləri.
O mehriban, o əziz
Tələbəlik illəri !
Tələbə adınız mübarək
Tədbirə toplaşan dünənki məktəbli, bu günsə, illərlə tələbəlik həsrətində olan uşaqların üzündən sevinc oxunur. Onların müəllimləri də az fərəhli deyillər. Axı onların zəhməti öz bəhrəsini verib, yetirmələri tələbə adını alıb. Arzuları çin olub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev təhsilə böyük qiymət verərək deyir:
– Təhsil Azərbaycanın davamlı inkişafı strategiyasının ən önəmli istiqamətlərindən biridir. Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır.
Ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə başlanan təhsil islahatları bu gün də Respublika prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətin bu qayğısından bəhrələnən İsmayıllı təhsili də il-ildən nailiyyətlərini artırır. Qazanılan nəticələr də bunu sübut edir, bu ilki məzunlarımızın 325 nəfəri tələbə adını qazanıb. Onlardan 21 nəfəri 600-dən artıq, 52 nəfəri isə 500-600 arası bal toplayıb. Tələbə adını qazanmış bu gənclərə təhsil yollarında yüksək uğurlar arzulayırıq. Sevindirici haldır ki, Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya edir.
Tələbə adını qazanmış məzunları təbrik etmək üçün söz İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova verilir. Başçı tədbirdə qonaq kimi iştirak edən, başqa yerlərdə çalışan həmyerlilərimizi salamladı və dedi:
– Əziz tələbələr, müəllimlər və valideynlər bugünkü təhsil bayramında hamınızı təbrik edirəm, sizə daha yüksək nailiyyətlər arzulayıram. Mən ən yüksək bal toplayanı da, ən az bal toplayanı da təbrik edirəm. Bilirəm ki, sizin hər birinizin qəlbində böyük arzular var. Bunun üçün oxumaq, öz biliyinizlə irəli getməyiniz lazımdır. Bu işdə sizə dəstək olacaqlar. Ancaq ən böyük dəstək özünüzə inamınızdır. Sizin arxanızda Azərbaycan dövləti durur, ölkə Prezidenti durur. Xaricdə təhsil alanların xərcini dövlət öz öhdəsinə götürür. Təhsilinizi başa vurub İsmayıllıya qayıdın, çünki, gələcəkdə burada idarəçilik sizin əlinizdə olacaqdır. Yaxşı haldır ki, bu il 600-dən artıq bal toplayanların sayı keçən illə müqayisədə artıb. Bu, bizi sevindirir.
Daha yüksək nəticə göstərən məzunlara qiymətli hədiyyələr təqdim edildi. Bu ilki məzunlardan ən yüksək 691 bal toplamış Aygün Cəbiyevaya Bakıda çalışan hüquqşünas Simran Həsənov nootbuk bağışladı. O dedi:
– Mənim iki qızım İngiltərədə təhsil alır, bu nohəmyerlimiz, otbuku onlar öz təqaüdləri ilə alıb göndəriblər ki, mən onu ən yüksək bal toplayan məzuna –BDU-nun hüquq fakültəsinə daxil olmuş Aygünə təqdim edim. Mən də həmin missiyanı çox həvəslə yerinə yetirirəm.
Digər yüksək bal toplayan məzunlara da qiymətli hədiyyələr təqdim edilir. Aydan Ağazadə, Ceyhun Əmirxanlı, Aqil Ələkbərov, Rəhim Bədəlov və başqaları da hədiyyə alanlar sırasındadır. Qiymətli hədiyyələri icra başçısı M. Sadıqov həmyerlimiz, iş adamı Famil Bağıyev təqdim etdi. Famil müəllim artıq neçə ildir ki, təhsil ulduzlarımızın hünərini dəyərləndirərək, bu şərəfli missiyanı fəxrlə yerinə yetirir, özünün dediyi kimi, bundan qürur duyur. “Accessbank”ın rayon şöbəsi də məzunlara hədiyyələr təqdim edir.
İsmayıllı təhsilinin nailiyyətləri son illərdə yüksəlməkdə davam edir. Bu il İ.Həsənov adına şəhər 1 nömrəli tam orta, Lahıc qəsəbə tam orta və Talıstan kənd tam orta məktəbləri ikinci dəfə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri olublar. Bu faktın özü İsmayıllı təhsili haqqında çox şey deyir. 2013-cü ildə “Ən yaxşı müəllim “ müsabiqəsinin qalibləri arasında şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Ruhiyyə Mahmudova, şəhər 2 nömrəli tam orta məktəbinin fizika müəllimi Şəkər Hacıyeva, şəhər 3 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Brilyand Mursalova və şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Minazər Mahmudova da yer alıblar. Onlara yeni-yeni nailiyyətlər arzulayırıq.
Tədbirdə bu məktəblərin və müəllimlərin adları elan olundu. İştirakçılar bu nailiyyətləri alqışlarla qarşıladılar. Söz musiqiyə verildi. Müğənni Piralı Şıxıyev, Bakıda keçirilən muğam müsabiqəsinin qaliblərindən biri, həmyerlimiz Kamilə Nəbiyeva, müğənni Qalib Güləliyev ıfaları ilə tədbir iştirakçılarını feyzuyab etdilər. İfalar alqışlarla qarşılandı. Müəllimlər, məzunlar rəqs etdilər.
Şənlikdə iştirak edən qalib məzun və yaxşı müəllim adını alanlardan qısa müsahibə aldıq, onların ürək sözlərini dinləmək maraqlı oldu. İlk müsahibimiz:
Aydan Ağazadə: – M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbində təhsil almışam. Məktəbi bitirdikdən sonra III ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edərək, 687 bal toplamışam. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə qəbul olmuşam. Gələcək planlarımdan ən birincisi, xaricdə magistratura təhsili almaqdır. Təhsilimi bitirdikdən sonra müstəntiq işləmək istəyirəm.
Tədbirə gəlincə, onu demək istəyirəm ki, çox gözəl təşkil edilib. Verilən hədiyyələr, göstərilən diqqət bizi daha da ruhlandırır.
Aqil Ələkbərov: – M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbini bitirmişəm. Qəbul imtahanlarında 679 bal toplayaraq Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi fakültəsinə daxil olmuşam. Təhsilimi xaricdə davam etmək istərdim. Ən böyük arzum SOKAR-da işləməkdir.
Xoşqədəm Cəlilova: – Diyallı kənd tam orta məktəbinin məzunuyam. İmtahanda 597 bal toplayaraq Azərbaycan Dillər Universitetinin fransız dilindən tərcümə fakültəsinə daxil olmuşam. Yaxşı bir mütəxəssis olmağa çalışacağam. Tədbirimiz isə möhtəşəm təşkil edilib. Tələbələrə qayğı göstərən, uğurumuza sevinən hər kəsə minnətdaram.
Brilyand Mursalova: – İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbində riyaziyyat-informatika müəllimi işləyirəm. 13 ildir repetitor kimi də çalışıram. Bu il “Ən yaxşı müəllim” müsabiqəsinə qoşuldum və uğur əldə etdim. Hazırlaşdırdığım abituriyentlər qəbul imtahanlarında yaxşı nəticələr göstəriblər. “Niyal” hazırlıq kursunda şagirdim Rəfael 652, Samir 612, Leyla 599, Sahib 585, Yelmar 582, Şəhla 531 bal toplayıb. Şagirdlərimin əksəriyyəti universitetlərə qəbul olublar.
Bu səviyyədə tədbir İsmayıllıda ilk dəfə keçirilir. Buna görə rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqova minnətdarlığımı bildirirəm.
Tələbə adınız mübarək Tələbə adınız mübarək
Tədbirdə çıxış etmək, ürək sözlərini demək istəyənlər az deyildi. Məlumdur ki, yeni dərs ilində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci fəaliyyətə başlayacaqdır. Kollecin direktoru, iqtisad elmləri doktoru Rəsul Balayev, şəhər 1 nömrəli tam orta məktəbinin direktoru, respublikanın Əməkdar müəllimi Şəfaqət Rəsulov, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Şakir Bədəlov məzunları təbrik etdilər və onlara yeni nailiyyətlər arzuladılar.
Builki məzunlardan dörd nəfəri məktəbi qızıl medalla bitirib. Bu medallılardan üç nəfəri Təzəkənd kənd tam orta məktəbinin məzunudur. Bu il Təzəkənd kənd tam orta məktəbini 39 nəfər şagird bitirib. Onlardan 17 nəfəri müxtəlif ali məktəblərə daxil olub. Qəbul olunanlardan 3 nəfəri 600-dən, 2 nəfəri isə 500-dən çox bal toplayıb. Buna görə də məktəb Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsi tərəfindən televizorla mükafatlandırıldı. Mükafatı rayon komitəsinin sədri Hafiz Kərimov məktəbin direktoru Şahlar Bədəlliyə təqdim etdi.
İsmayıllı RİH başçısının humanitar məsələlər üzrə müavini Sevil Əhmədova 500-600 arası bal toplayan tələbələrə qiymətli hədiyyələri təqdim etdi.
Məzunlar adından Aydan Ağazadə çıxış edərək həmyaşıdları adından müəllimlərə təşəkkürünü bildirdi. Həmçinin tələbə adını qazanmış məzunları təbrik etdi.
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş şəhər 6 nömrəli tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Minazər Mahmudova məzunlara tövsiyələrini çatdırdı. Təhsilə yüksək dəyər verdiyinə görə ölkə Prezidentinə və rayon İcra Hakimiyyəti başçısına minnətdarlığını çatdırdı. Ümumiyyətlə, tədbirdə çıxış edənlərin hər biri təhsilə göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etdi.
Əziz tələbələr, illər keçəcək və siz yetkin vətəndaş, kamil mütəxəssis kimi doğma rayonumuza qayıdacaq, onun inkişafı, şöhrətlənməsi yolunda çalışacaqsınız. Seçdiyiniz yolda hamınıza bir daha uğurlar arzulayırıq. Tələbə adınız mübarək!!!
Şahməmməd Soltanov,
Çinarə Bəhərçinli,
Bəybala Babayev

Şərh Yaz