Sağlam həyat tərzi uğrunda

Azərbaycanın bütün inkişaf dövrlərində yeniyetmə və gənclərin düzgün, sağlam həyat tərzində tərbiyə edilməsi məsələsi həmişə gündəmdə olmuşdur. Bu vacib məsələyə cəmiyyətin inkişafı baxımından milli strategiya kimi baxılmışdır. Sağlam həyat tərzi uğrunda

[color=#3333FF]Azərbaycanın bütün inkişaf dövrlərində yeniyetmə və gənclərin düzgün, sağlam həyat tərzində tərbiyə edilməsi məsələsi həmişə gündəmdə olmuşdur. Bu vacib məsələyə cəmiyyətin inkişafı baxımından milli strategiya kimi baxılmışdır.
Azərbaycanda yeniyetmə və gənclərin tərbiyə edilməsinə münasibət həmişə yüksək olmuşdur. Ümummilli lider Heydər Əliyev yeniyetmə və gəncləri həmişə xalqın əsas dayağı saymış, onları Azərbaycanımızın parlaq gələcəyi hesab etmişdir. Bu günün hər bir yeniyetmə və gənci İlham Əliyevin yeritdiyi düzgün siyasətin nəticəsində gələcəyin əsgəri, valideyni və ən əsası ölkəsinin layiqli vətəndaşı kimi yetişdirilir.
Bu işdə ictimaiyyət, QHT-lər, gənclər daima dövlətin yanında olmalı və dövlət siyasətinə layiqli töhfələr verməlidirlər. Bu məsələnin əhəmiyyətli dərəcədə aktual olduğunu nəzərə alaraq, hələ çoxlu işlər görməli, birgə çalışaraq yeniyetmə və gənclərimizin sağlam həyat tərzi sürmələri, gümrah və xoşbəxt yaşamaları üçün əlimizdən gələni əsirgəməməliyik.
Bu xoş niyyətlə 2002-ci ildə bir qrup ziyalının təşəbbüsü ilə rayonumuzda ilk gənclər təşkilatı olan “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi (GANİB) yaradılmışdır. Birliyin məqsədi gənclərin sağlam ruhda tərbiyəsi işinə, ictimai fəallığın artırılmasına və onların cəmiyyətdə rolunun inkişaf etdirilməsi işinə dəstək olmaqdır.
Bu məqsədlə GANİB 2013-cu ilin aprel-avqust ayları müddətində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ölkənin Şimal-Qərb regionunda (İsmayıllı rayonu) “Yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliğinə təşəbbüs” layihəsi həyata keçirdi. Bu layihənin həyata keçirilməsi zamanı maarifləndirmə tədbirləri nəticəsində məlum oldu ki, yeniyetmə və gənclərin sağlam həyat tərzində tərbiyə edilməsi, onların sağlam və vətənpərvərlik ruhunda maarifləndirilməsi işi müntəzəm aparılmalıdır. Qlobal xəstəliklər – QİÇS-İİV, narkomaniya, siqaretdən asılılıq, alkoqolizm və digər zərərli vərdişlər barədə məlumatların gənclərə çatdırılması çox zəruridir. Onlara müasir texnologiyalardan (kompyuter, mobil telefon və s.) düzgün və səmərəli istifadə edilməsi yollarının öyrədilməsi vacib məsələlərdəndir və gündəmdə olan ölkə əhəmiyyətli mövzudur.
GANİB olaraq, bu və ya digər problemlərin həlli istiqamətində gələcək fəaliyyətimizdə dövlət gənclər siyasətinə dəstək olacağıq. Bu sahədə dövlət orqanları, ictimai birliklər və donor təşkilatlarla sıx əməkdaşlıq edəcəyik. Yeniyetmə və gənclərin kütləvi maarifləndirilməsi üçün daha geniş miqyasda təlim və toplantılar keçirəcəyik. Gənc vətəndaşlarımızın biliklərinin artırılması işinə böyük diqqət ayıracaq və onların cəmiyyətdə daha fəal iştirakı üçün çalışacağıq.
Qüdrət Kazımov,
GANİB-in sədri

Şərh Yaz