İmzalar etimadı sübuta yetirir

İmzalar etimadı sübuta yetirir
YAP İsmayıllı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının sədri, 2013-cü ilin oktyabrında keçiriləcək seçkilərdə prezidentliyə namizəd cənab Prezident İlham Əliyevin imzatoplama kompaniyasına start verimiş, 2 gün müddətində 650 nəfərdən imza toplanmışdır.İmzalar etimadı sübuta yetirir

YAP İsmayıllı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının sədri, 2013-cü ilin oktyabrında keçiriləcək seçkilərdə prezidentliyə namizəd cənab Prezident İlham Əliyevin imzatoplama kompaniyasına start verimiş, 2 gün müddətində 650 nəfərdən imza toplanmışdır.
İmzalar etimadı sübuta yetirir
İmzatoplama kompaniyası İsmayıllı şəhərində, Talıstan, İvanovka, Mollaisaqlı, Aşıqbayramlı, Kürdmaşı kəndlərində, ümumilikdə, rayonun 41 yaşayış məntəqəsində aparılmış və əhalinin böyük ruh yüksəkliyi, fəallığı şəraitində keçmişdir. İsmayıllı sakinləri ümummilli lider Heydər Əliyev siyasi kursunun varisi cənab Prezident İlham Əliyevin apardığı siyasəti bəyəndiklərini və bu siyasətin alternativsizliyinə əmin olduqlarını öz imzaları ilə bir daha sübuta yetirdilər. İsmayıllı əhalisi cənab Prezident İlham Əliyevin Azərbaycanın dinamik inkişafı və dünya arenasında söz sahibinə çevrilməsi naminə gördüyü işləri dəstəklədiklərini bildirdilər. Son illərdə Respublikamızın hər yerində, o cümlədən rayonumuzda gedən abadlıq, tikinti və quruculuq işləri Prezident İlham Əliyevin apardığı siyasətin əsas tərkib hissəsidir. Bu gün ölkəmiz tikinti-quruculuq meydanına çevrilmişdir. Tikilən yeni-yeni yaşayış binaları, inzibati binalar, zavodlar, fabriklər ölkəmizin simasını dəyişdirərək daha da gözəlləşdirir. Bütün görülən işlərin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan nəinki Qafqazın lider dövlətinə, hətta, bir zamanlar xarici yardımlardan asılı dövlətdən artıq dünya miqyasında aparıcı layihələrin fəal iştirakçısına çevrilmişdir. Ölkəmiz bir sıra mühüm beynəlxalq təşkilatların aparıcı səs hüquqlu dövlətinə çevrilmişdir.
Xalqımız dövlətimizin inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması naminə görülən işləri qiymətləndirməyi yaxşı bacarır və bu gün öz imzaları ilə bunu bir daha sübuta yetirdilər. Bu ilin oktyabr ayının 9-da Azərbaycan Respublikasına keçiriləcək Prezident seçkilərində qədirbilən xalqımız bütün bu görülən işlərin uğurlu davamı naminə bir daha ümummilli lider Heydər Əliyev siyasətinin alternativsizliyinə inanaraq bu siyasətin layiqli davamçısını dəstəkləyəcəklər.
Ramid Qasımov,
YAP İsmayıllı rayon təşkilatının mətbuat rəhbəri

Şərh Yaz