Heydər Əliyev Fondu ictimai- siyasi həyatımızda

Heydər Əliyev Fondu ictimai- siyasi həyatımızda
Heydər Əliyev Fondunun ulu öndərin adına layiq olaraq geniş spektri əhatə edən, hər kəsdə fərəh və qürur hissləri doğuran, fəaliyyətinin əsasında təbii ki, onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüsskarlığı, həyata keçirilən proqram və lahiyələrə və ümumən Fondun fəaliyyətinə yaradıcı münasibəti dayanır.Heydər Əliyev Fondu ictimai- siyasi həyatımızda

Heydər Əliyev Fondunun ulu öndərin adına layiq olaraq geniş spektri əhatə edən, hər kəsdə fərəh və qürur hissləri doğuran, fəaliyyətinin əsasında təbii ki, onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əzmkarlığı, təşəbbüsskarlığı, həyata keçirilən proqram və lahiyələrə və ümumən Fondun fəaliyyətinə yaradıcı münasibəti dayanır.
Heydər Əliyev Fondu ictimai- siyasi həyatımızda
Mehriban xanım Əliyevanın özünün də bəyan etdiyi kimi, Fondun çoxşaxəli fəaliyyətinin bir əsas məqsədi var – insanlara təmannasız yaxşılıq! Bunu Mehriban xanım Əliyevanın özünəməxsus səmimiyyətlə dediyi sözlər də təsdiq edir: “Mən arzu edirəm ki, dünyada saf və xeyirxah əməllər daha çox olsun, dərd-qüssə isə, azacıq da olsa, əskilsin”. Məhz nəcib əməllərinə görə Mehriban xanım Əliyeva ötən illərdə bir sıra beynəlxalq mükafatlara, adlara layiq görülüb. Hələ 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülən Mehriban xanım Əliyeva 2005-ci il iyun ayında ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsindəki töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təlti edildi. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyac duyan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanım Əliyeva 2006-ci ilin noyabrında İSESKO-nun xoşməramlı səfiri adını aldı. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban xanım Əliyeva 2004-cü ildən Yeni Azərbaycan Partiyasının Siyasi Şuranın üzvüdür. 2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş Məcilisində MOK-un icraiyyə Komitəsinə üzv seçildi. Mehriban xanım Əliyeva 2005-ci ildə Milli Məclisə keçirilən seçkilərdə 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən deputat seçildi. Mehriban xanım Əliyeva 2005-ci ildə Azərbaycanda keçirilən sosialoji sorğuya əsasən “İlin qadını” adına layiq görüldü. Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007- ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına, həmçinin genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideyallarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Rusiyada “Qızıl ürək” beynəlxalq mükafatına layiq görüldü. Yetim və kimsəsiz uşaqlara, müharibə və təbii fəalkətlərdən zərər çəkmiş insanlara yardım göstərilməsi sahəsində İslam Konfransı Təşkilatı ilə yüksək səviyyədə əməkdaşlığa görə isə 2008-ci ilin iyununda Mehriban xanım Əliyeva “İKT-nın humanitar məsələlər üzrə xüsusi elçisi” diplomuna layiq görülüb. Heydər Əliyev Fondu ümummilli lidertimizin ideyalarına sadiq qalaraq bu gün də ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirir, ulu öndərin xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir. Nəcib əməlləri ilə xeyirxahlıq və mərhəmət ünvanına çevrilən, eləcə də hər bir azərbaycanlının qürur yeri, fəxri və vüqarı olan Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə tapması işində bundan sonra da yeni zirvələr fəth edəcək, həmişə Azərbaycanımızın adını yüksəklərə ucaldacaq.
Hafiz Kərimov,
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri

Şərh Yaz