]Uğur qazanan tələbələrlə təntənəli görüş

]Uğur qazanan tələbələrlə təntənəli görüş
Məktəbi bu il bitirmiş İsmayıllı məzunlarından 325 nəfəri müvəffəqiyyətlə imtahan verib tələbə adını qazanmışdır. Onların 21 nəfəri 600-dən çox, 52 nəfəri isə 500-600 arası bal toplamışdır. 3 məktəb “Ən yaxşı məktəb” və 4 nəfər müəllim “Ən yaxşı müəllim” nominasiyasında qalib gəlmişdir.Uğur qazanan tələbələrlə təntənəli görüş

Məktəbi bu il bitirmiş İsmayıllı məzunlarından 325 nəfəri müvəffəqiyyətlə imtahan verib tələbə adını qazanmışdır. Onların 21 nəfəri 600-dən çox, 52 nəfəri isə 500-600 arası bal toplamışdır. 3 məktəb “Ən yaxşı məktəb” və 4 nəfər müəllim “Ən yaxşı müəllim” nominasiyasında qalib gəlmişdir.
]Uğur qazanan tələbələrlə təntənəli görüş
Təzəkənd tam orta məktəbinin 3 məzunu, Lahıc qəsəbə tam orta məktəbinin bir məzunu Qızıl medala layiq görülmüşdür. Şəhər 1 saylı tam orta məktəbini bitirən məzunlar qəbul imtahanlarında ən yüksək nəticəni göstərmişlər.
6 sentyabr 2013-cü il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti bu və digər çoxsaylı nailiyyətlərə əsaslanaraq təhsil bayramı səviyyəsində “Röya” şadlıq sarayında 550 nəfərin iştirakı ilə təntənəli görüş keçirmişdir.
600-dən yuxarı bal toplayanlara qiymətli hədiyyələr, 500-600 arası bal toplayanlara pul mükafatı, 3 nəfər ehtiyacı olan tələbəyə xüsusi mükafat vermişdir.
Müğənni Kamilə Nəbiyevanın, “Niyal” xalq çalğı alətləri ansambılı üzvlərininı həzin muğam və mahnıları itələbələrin qəlbini oxşamışdır.
Məclis iştirakçılarından çıxış edənlər öz inamlarında düzgün olduqlarını qeyd etməklə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir Azərbaycan gəncinin həyatının təminatçısı olduğunu bildirmişlər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz