Yaxın keçmişin təcrübəsi

Yaxın keçmişin təcrübəsi
Lahıcın tarixi çox qədimdir. Buradakı şəhər infrastrukturu yaşayış məntəqəsinin ayrı-ayrı vaxtlarda deyil, birdəfəyə, planlı şəkildə salınmasını təsdiqləyir. Şəhər mədəniyyəti və sənətkarlıq da burada elə o vaxtdan özünü göstərə bilib. Yaxın keçmişə nəzər saldıqda məlum olur ki, Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuş, güyüm, aşsüzən, kəfgir, kasa, cam, qazan, çıraq və sair məmulatlar dünyanın bir sıra ölkələrində və digər yerlərdə tanınıb.
1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), “Girdiman” qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.
Yaxın keçmişin təcrübəsi
Lahıcın tarixi çox qədimdir. Buradakı şəhər infrastrukturu yaşayış məntəqəsinin ayrı-ayrı vaxtlarda deyil, birdəfəyə, planlı şəkildə salınmasını təsdiqləyir. Şəhər mədəniyyəti və sənətkarlıq da burada elə o vaxtdan özünü göstərə bilib. Yaxın keçmişə nəzər saldıqda məlum olur ki, Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuş, güyüm, aşsüzən, kəfgir, kasa, cam, qazan, çıraq və sair məmulatlar dünyanın bir sıra ölkələrində və digər yerlərdə tanınıb.
1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), “Girdiman” qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.

Yaxın keçmişin təcrübəsi
Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, dəmirçilərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.
XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar.
Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 metr hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.
Bu gün bunları bütün dünyaya nümayiş etdirmək üçün göyləri lacivərd, havası saf, suları can dərmanı, küçələri izdihamlı dağ kəndi Lahıc turizm məkanına çevrilib. Hər gün buraya dünyanın müxtəlif ölkələrindən yüzlərlə turist gəlir. Respublikamıza turist kimi təşrif buyuranlar əsasən Lahıcda dincəlmək istəyirlər. Onlar qəsəbənin daş döşəməli küçələrini gəzdikcə, buradakı qədimliyi, yerli sakinlərdəki qonaqpərvərliyi gördükcə heyrətlənirlər.
Qəsəbədə turizm mərkəzi açılandan sonra, təbii olaraq, buraya gələn qonaq-qaranın sayı xeyli artmışdır. Odur ki, qəsəbənin yolu təzələnir, qaydaya salınır. Hələ sovetlər dönəmində ulu öndər Heydər Əliyev Lahıc qəsəbəsinə ciddi maraq göstərmiş, bu tarixi, mədəniyyət və sənətkarlıq mərkəzini qoruyub inkişaf etdirməyi tövsiyə etmişdir.
Lahıcın yetirmələri olan alimlərin, mədəniyyət və incəsənət xadimlərinin, tanınmış ziyalıların siyahısına nəzər saldıqda buranın bir elm mərkəzi kimi də mövcudluğunu ortaya qoyur. Bütün bunlarla yanaşı, Lahıcda zaman-zaman formalaşmış adət-ənənələr bu gün də qorunmaqdadır.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov avqust ayının 24-də, anadan olduğu qəsəbədə sakinlərlə keçirdiyi səyyar qəbul-görüşdə yuxarıda qeyd edilən məlumatları diqqətə çatdırdıqdan sonra bildirdi ki, son vaxtlar Lahıc qəsəbə sakinlərindən dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına, hətta ictimai birlik və təşkilatlara çoxsaylı müraciətlər daxil olmaqdadır. Müraciətlərin əksəriyyətinin məzmununu əmlak və torpaq məsələsində yaranmış problemlər təşkil edir.
Görüşdə çıxış edənlər, torpaq islahatının qüsurlu aparılmasından gileyləndilər. Bir sıra narazılıqların məhz buradan qaynaqlandığını söylədilər.
Tədbirdə çıxış üçün söz alan qəsəbə sakini, həkim Sədrəddin İsgəndərov əvvəlki illərə baxanda, Lahıcda yaşamağın indi daha asan olduğunu söylədi və təəssüflə gənclərin qəsəbədə qalmamalarından danışdı. Lahıcda müasir tipli xəstəxana binasından sonra aptek tikildiyi, xəstəxananın müasir tibb avadanlıqları ilə təchiz olunması da qeyd olundu. Xəstəxananın baş həkimi görülən işlərə görə qəsəbə sakinləri adından Prezidentə və rayon rəhbərliyinə minnətdarlıq etdi.
Çıxışlarda qəsəbənin küçə və meydanlarının təmiri, təmiz saxlanılmasının, istirahətə gələn turistlərin buradakı adət-ənənələrə hörmətlə yanaşmalı olmalarının vacibliyi vurğulandı.
RİH başçısı görüşün məqsədindən irəli gələn vəzifələrin icrası ilə bağlı yerli icra nümayəndəliyinə və qəsəbə bələdiyyəsinə müvafiq tövsiyə və tapşırıqlar verdi.
Qəsəbənin ağsaqqalı, qocaman müəllim Ənvər Balayev görüşün keçirilməsini zəruri edən məsələdən narahat olduğunu ifadə etməklə, ərazidəki idarə və təşkilatların əlbir işləməmələrindən gileyləndi və vahid məqsəd – Lahıcın adət-ənənələrini qorumaq, gündəlik işə tətbiq etməklə inkişaf etdirmək üçün onları iş birliyinə dəvət etdi. Qocaman müəllim qəsəbədə yaşayan hörmətli el ağsaqqallarının bir sıra vacib məsələlərin həllində necə ədalətlə iştirak etmələrindən danışdı, Lahıcın şöhrət və hörmətinin yalnız bu yolla qorumağın mümkünlüyünü söylədi. Yaxşı ki, yaxın keçmişin təcrübəsi yaddaşlarda hələ də yaşayır.
Şahməmməd Soltanov

Şərh Yaz