Uşaq bağçasının açılışı olub

Uşaq bağçasının açılışı olub
İsmayıllı şəhərinin Mican məhəlləsində avqustun 26-da Yaponiya hökumətinin Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi hesabına tikilmiş uşaq bağçasının açılış mərasimi keçirilib. Açılış tədbirində Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Şusuke Vatanabe və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirak edib. Tədbiri giriş sözü ilə açan RİH başçısının humanitar məsələlər üzrə müavini Sevil Əhmədova tədbirə toplaşanları salamlayıb, Yapon səfirliyinin İsmayıllıya diqqətindən danışıb. Azərbaycan və Yaponiyanın dövlət himnləri səsləndirilib. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səfirliyin İsmayıllıda gördüyü işlər haqqında danışıb. Uşaq bağçasının açılışı olub

İsmayıllı şəhərinin Mican məhəlləsində avqustun 26-da Yaponiya hökumətinin Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi hesabına tikilmiş uşaq bağçasının açılış mərasimi keçirilib. Açılış tədbirində Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Şusuke Vatanabe və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirak edib. Tədbiri giriş sözü ilə açan RİH başçısının humanitar məsələlər üzrə müavini Sevil Əhmədova tədbirə toplaşanları salamlayıb, Yapon səfirliyinin İsmayıllıya diqqətindən danışıb. Azərbaycan və Yaponiyanın dövlət himnləri səsləndirilib. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səfirliyin İsmayıllıda gördüyü işlər haqqında danışıb.
Uşaq bağçasının açılışı olub Uşaq bağçasının açılışı olub
Başçı iki ölkə arasındakı dostluq əlaqələrinin Azərbaycandan İsmayıllının, Yaponiyadan isə İto şəhərinin qardaşlaşmış şəhərlər olması ilə nəticələndiyini, bu dostluq və əməkdaşlığın daha da genişlənəcəyini bildirib. Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Şusuke Vatanabe layihə haqqında məlumat verərək bildirib ki, biz bir il əvvəl ərazidəki uşaq bağçasının köhnə binasında olduq. Buradakı vəziyyəti gözlərimizlə gördük. Bu binanı tikməkdə əsas məqsəd şəhərin Mican məhəlləsində yaşayan, məktəbəqədər yaşda olan uşaqların bağça şəraitini yaxşılaşdırmaq oldu. Bu gün biz də sizinlə bərabər sevinirik.
Açılışdan sonra nümayəndələr bağçada uşaqlar üçün yaradılmış şəraitlə tanış olub. Səfir və İcra başçısı bağçanın həyətində dostluq simvolu kimi, ağaclar əkiblər.
Məlumat üçün onu da bildirək ki, layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” qeyri-hökumət təşkilatı (QHT) arasında 2013-cü il fevralın 9-da imzalanmışdı.
Ç.Bəhərçinli

Şərh Yaz