Minkə

Minkə
Avqust ayının 16-da Minkə kənd ümumi orta məktəbində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kəndin sakinləri ilə görüş-qəbul keçirib. Minkə

Avqust ayının 16-da Minkə kənd ümumi orta məktəbində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kəndin sakinləri ilə görüş-qəbul keçirib.
Minkə
Kənddə təbii qazın olmasını müsbət hal kimi dəyərləndirən başçı, kitabxana və tibb məntəqələrinin yaradılmasının vacibliyini vurğulayıb.
Kənd sakini Əliağa Cəlilov İsmayıllı rayonunda quruculuq-abadlıq işlərinin aparılmasından məmnun qaldığını bildirib. Kənddə işıq dirəkləri ilə bağlı nasazlıqların olduğunu deyib. Famil Vəliyev Minkə və Pirəbilqasım kəndlərini birləşdirən yolun pis vəziyyətdə olduğunu, xüsusilə payız, qış aylarında bu yollarda gediş-gəlişin çətinləşdiyini diqqətə çatdırıb.
Sakinlərin sosial sahələri əhatə edən şəxsi problemləri dinlənilib.
Sonda, qaldırılan məsələlərlə bağlı aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verilib.
Çinarə Bəhərçinli

Şərh Yaz