Cavanşirdən sonrakı dövr haqqında

Cavanşirdən sonrakı dövr haqqında
Cavanşiri xalq çox sevirdi. Lakin ölkəmizin müstəqilliyi, inkişafı sahəsində onun gördüyü əzəmətli işləri gözü götürməyənlər də var idi. Onlar hər vasitə ilə Cavanşirə mane olmaq, ölkənin inkişafını dayandırmaq istəyirdilər. Belə nankorlar 681-ci ildə sui-qəsd nəticəsində onu öldürdülər.Cavanşirdən sonrakı dövr haqqında
Cavanşiri xalq çox sevirdi. Lakin ölkəmizin müstəqilliyi, inkişafı sahəsində onun gördüyü əzəmətli işləri gözü götürməyənlər də var idi. Onlar hər vasitə ilə Cavanşirə mane olmaq, ölkənin inkişafını dayandırmaq istəyirdilər. Belə nankorlar 681-ci ildə sui-qəsd nəticəsində onu öldürdülər.
Cavanşirin ölümü ölkədə ümumxalq kədərinə səbəb oldu. Şair Dadəkin bu münasibətlə yazdığı mərsiyə dövrümüzədək gəlib çıxmışdır.
Cavanşirdən sonra ölkəmizdə yeni-yeni faciələr baş verdi. Əvvəlcə Xəzərlər Cavanşirin düşmənlərindən intiqam almaq bəhanəsi ilə hücuma keçərək ölkədə dağıntılar törətdilər. Bundan sonra ərəblər Mehranilər sülaləsinin son nümayəndəsini tutaraq Şam şəhərinə aparıb edam etdilər. Bununla Albaniyanın müstəqilliyinə son qoyuldu. Ölkəmizdə ərəb əsarəti başladı.
Cavanşirdən sonrakı dövr haqqında
Daim müstəqillik arzusu ilə yaşayan xalqımız düşmənə boyun əyməyib azadlıq mübarizəsinə qalxdı. Xürrəmilər hərəkatı tariximizin azadlıq mübarizəsinin ən parlaq səhifələrindəndir. Babəkin başçılığı ilə azadlıq mübarizəsinə qalxmış xalqımızın igid övladları neçə-neçə ərəb ordusunu darmadağın etdilər. Babək qalib gəlməsə də, Xilafəti sarsıtdı, onun süqutunu yaxınlaşdırdı.
Belə bir şəraitdə Azərbaycanda müstəqil dövlətlər yarandı. Şirvanşahlar dövlətinin yaranması Azərbaycanın başqa yerlərdə də qədim dövlətçilik ənənələrinin dirçəlişinə təsir göstərdi.
Görkəmli dövlət xadimləri olan Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıl Xətai, I şah Təhmasib, Qubalı Fətəli xan, şuşalı Pənahəli xan, Gəncəli Cavad xan və başqaları ölkəmizin birliyi, müstəqilliyi, torpaqlarımızın qorunması uğrunda daim mübarizə aparmışlar. Onların bacarığı və səyi ilə müxtəlif tarixi dövrlərdə Azərbaycanın Eldənizlər, Ağqoyunlular, Səfəvilər və sair kimi qüdrətli dövlətləri mövcud olmuşdur.
XVIII əsrin ortalarında ölkəmizdə pərakəndəlik dövrü başlandı. Ərazilərimiz xırda dövlətlərə bölündü. Xalqın taleyini düşünən bir qüdrətli rəhbər əvəzinə yalnız taxt-tacını qorumağa çalışan çoxlu sayda hökmdarlar meydana çıxdı. Qüvvələrimiz parçalandı, gücümüz azaldı. Xarici düşmənlərə qarşı müqavimətimiz zəiflədi. Bundan istifadə edən cənub və şimal qonşularımız ərazilərimizi işğal etdilər, Gülüstan və Türkmənçay müqavilələri ilə torpaqlarımızı ikiyə böldülər. Sərhədlərimiz daraldı.
Şah İsmayılın yaratdığı Azərbaycan Səfəvilər dövlətinin sərhədləri haraları əhatə edirdi?! Dərbənd, Borçalı, Zəngəzur daxil olmaqla bütün şimallı-cənublu Azərbaycan bu dövlətin əsas mərkəzi vilayətləri idi. Göyçə gölü ərazimizin tən ortasında idi. Ermənistan adlandırılan qərbi Azərbaycan torpaqları bütün orta əsrlər dövründə Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Həmin ərazilərdə bir nəfər də olsun erməni yaşaması haqqında mənbələrdə heç bir məlumat yoxdur. Xalqımızın yüksək keyfiyyətləri, qonşuya, dosta inamı, arxayınçılığı, düşmənə qarşı ürəyiyumşaqlığından hiyləgər, namərd qonşularımız həmişə istifadə etmişlər. Onlar torpaqlarımızda erməni dövləti yaratmışlar.
Torpaqlarımıza sahib olan bu hiyləgərlər dağlarımızın, çaylarımızın, göllərimizin, kəndlərimizin tarixi adlarını dəyişdirmiş, onları qondarma erməni adları ilə əvəz etmişlər.
1993-cü il 15 iyun tarixində dahi öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsəydi, kim bilir başımıza nə müsibətlər gələrdi. Ulu öndər yenidən hakimiyyətə gəlməklə respublikamız parçalanmaqdan, dövlətçiliyimiz süqut etməkdən, xalqımız məhv olmaqdan xilas oldu. Onun siyasi təcrübəsi, idarəçilik bacarığı sayəsində dövlətçiliyimiz çətin sınaqlardan keçdi və inkişaf yoluna qədəm qoydu. Xalqımızın haqq səsi dünya miqyasında eşidilməyə başlandı.
Ümummilli liderimizin başladığı əzəmətli işləri onun layiqli davamçısı, respublika prezidenti İlham Əliyev uğurla davam etdirir. İ.Əliyevin apardığı balanslaşdırılmış daxili və xarici siyasət sayəsində respublikamız dünyada ən böyük iqtisadi inkişaf sürətinə nail olmuş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Azərbaycanın artmaqda olan gücü qarşısında düşmənlərimiz də aciz qalmışdır.
Dövlət başçımız İ.Əliyevin rəhbərliyi ilə torpaqlarımız düşmən tapdağından azad ediləcək, Azərbaycan daha böyük qələbələr qazanacaqdır. İ.Əliyevin tutduğu yol Azərbaycanı xoşbəxt gələcəyə aparan yoldur.
Hörmətli həmvətənlər! Bu günümüzlə qürur duyduğumuz kimi, gəlin keçmişimizi də öyrənək. Babalarımızın tikdikləri bu qalaları da qoruyaq, mühafizə edək və gələcək nəsillərə ərməğan edək.
R.Qasımov

Şərh Yaz