Cavanşir qalası

]Qüdrətli müdafiə istehkamı olan Cavanşir qalası VII əsrdə Albaniya hökmdarı və sərkərdə Cavanşirin (642-681) şərəfinə tikilmişdir. Talıstan kəndindən 4 km. şimalda yerləşən qalanın ümumi sahəsi 2 hektara yaxındır. Çay daşından kirəc məhlulu ilə tikilmiş qala 3 tərəfdən Ağçayın dərin dərəsi ilə əhatə olunmuşdur. Qalanın qərb divarları tamamilə dağılsa da digər tərəflərdə yarıuçulmuş divarlar qalanın müdafiə xüsusiyyətlərini saxlamışdır.
Cavanşir qalasıCavanşir qalası
Qüdrətli müdafiə istehkamı olan Cavanşir qalası VII əsrdə Albaniya hökmdarı və sərkərdə Cavanşirin (642-681) şərəfinə tikilmişdir. Talıstan kəndindən 4 km. şimalda yerləşən qalanın ümumi sahəsi 2 hektara yaxındır. Çay daşından kirəc məhlulu ilə tikilmiş qala 3 tərəfdən Ağçayın dərin dərəsi ilə əhatə olunmuşdur. Qalanın qərb divarları tamamilə dağılsa da digər tərəflərdə yarıuçulmuş divarlar qalanın müdafiə xüsusiyyətlərini saxlamışdır. Qalaya giriş cənub tərəfdən olmuşdur. Həmin hissədə divarların qalınlığı 2 metr hündürlüyü isə 10 metrdən çoxdur. Qala divarlarını möhkəmləndirmək üçün tikilmiş bürclər cənub tərəfdə dördkünc, digər tərəflərdə isə dairəvi formadadır. Onların bəzilərinin diametri 8 metrə çatır. Divarların üstündə bir-birindən təxminən 0,5 metr aralı daraqvari dişlər olmuşdur.
Cavanşir qalası
Qalada narınqala adlanan iç qala da mövcuddur. Qalanın şimal qurtaracağında baş müşahidə məntəqəsi yerləşir. Oradan qalaya gələn yol, o cümlədən düşmənin qarşısını almaq üçün nəzərdə tutulan “Səngər yeri” aydın görünür.
Uzun sürən mühasirə zamanı qalanın xarici aləmlə əlaqə saxlaması üçün qalanın şimal-şərq tərəfindən gizli yol olmuşdur.
Ümumilikdə, strateji baxımdan qala üçün seçilmiş ərazi idealdır. Qalanı az qüvvə ilə də etibarlı müdafiə etmək mümkündür.
Qalada döyüş zamanı olan dağıntıların izlərinə rast gəlmək mümkün deyildir. Bu da deməyə əsas verir ki, Cavanşir qalasına olan hücumlar həmişə dəf olunmuş, qala heç vaxt xarici düşmənlərin əlinə keçməmişdir.
Cavanşir qalası
Qala haqqında ilk elmi məlumatı tarix elmlər namizədi, arxeoloq Fazil Osmanov vermişdir. Memarlıq namizədi Cəfər Qiyasi qalanın bərpa eskizini hazırlamışdır. Tarix elmləri doktoru Qafar Cəbiyev qala haqqında dəyərli məqalələr çap etdirmiş, “Bura Vətəndir” kitabında qala haqqında dəyərli məlumatlar vermişdir.
Bunlarla yanaşı Cavanşir qalası tariximizin hələ də neçə-neçə sirlərini özündə saxlayır.
R.Qasımov

Şərh Yaz